İmran Xanı bu şəxs əvəzləyə bilər: Bakı ilə münasibətlər dəyişəcək?

Media 01 Aprel 2022 | 12:53
OXUNUB: 2279
Pakistan Baş naziri İmran Xanın bir müddət öncə Rusiyaya səfəri ölkədə ciddi etirazlara səbəb olub. Hətta ölkə parlamentində İmran Xanın istefasını tələb edənlər də var. İmran xan baş verənləri ABŞ-ın hökuməti devirmək üçün planı olduğunu qeyd edib.

Maraqlıdır, Pakistan Baş naziri İmran Xan istefa versə, onu kim əvəzləyə bilər?
 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pakistanlı politoloq Mahmud Həsən Xan deyib ki, hazırda ölkədə siyasi qütbləşmə pik həddədir.

"Təəssüf ki, hazırda siyasi konsensusa nail olmaq ehtimalı yoxdur. Məsələ ondadır ki, ölkədəki fərqli siyasi partiyaları ilə cəmiyyətin müxtəlif nüfuzlu qrupları arasında hakimiyyət mübarizəsi gedir. Bu isə öz növbəsində ölkəni siyasi xaosa sürükləyir.

Bu yaxınlarda paytaxt İslamabadda böyük siyasi mitinqdə çıxış edən baş nazir bütün müxalif partiyaları ittiham edib. İmran Xan, həmçinin bütün müxalif partiyalarını Qərbin imperialist maraqlarının əlaltısı olmaqda ittiham edib.

İmran Xanın istefası halında yeni baş nazir Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərif ola bilər. İmran Xanın istefası halında hakmiyyətə kimin gəlməsindən aslı olmayaraq Pakistanın xarici siyasətində kəskin dəyişikliklər olmayacaq. Pakistanın iqtisadi və xarici siyasəti Azərbaycan, Türkiyə, Böyük Britaniya və ABŞ-a qarşı dəyişməyəcək”.

Turan Rzayev
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man