Putinə "SON ZƏRBƏ": Ukraynaya göndəriləcək YENİ SİLAHLAR açıqlandı

Media 01 Aprel 2022 | 10:50
OXUNUB: 13673
Böyük Britaniya Rusiyanı qəzəbləndirəcək daha bir addım atıb.
 
Sfera.az bildirir ki, ölkənin müdafiə naziri Ben Uolles Britaniya televiziyasına verdiyi açıqlamada Ukraynaya göndəriləcək yeni silahları bir-bir açıqlayıb. Ölkə mətbuatı bu addım Rusiya ordusuna vurulan "son zərbə” kimi qiymətləndirilib. Belə ki, nazir "Sky News”a, "Putin artıq əvvəlki kimi güclü deyil. İndi o, öz qurduğu qəfəsdədir. Onun ordusu tükənib və xeyli itki verib. "Böyük Rusiya Ordusu” adı darmadağın edilib”, - deyə bildirib.

Ben Uolles çıxışı zamanı vurğulayıb ki, Rusiya qüvvələri yenidən qruplaşır və diqqətlərini Ukraynanın cənub və şərqinə yönəldirlər: "Bu, mülki əhaliyə, əsasən də mülki ərazilərə hücum deməkdir”. 

O, həmçinin bəyan edib ki, İngiltərənin beynəlxalq müttəfiqləri Ukraynaya daha çox hərbi təchizat, o cümlədən zirehli texnika, uzaqmənzilli artilleriya və sursatla təmin etməyə razılaşıblar.

Britaniya Baş Qərargah rəisi Tony Radakin isə Putinin artıq müharibəni uduzduğunu bəyan edərək, "Mariupol və başqa yerlərin mənzərələri dəhşətlidir. Gələcək həftələr çətin olacaq",  deyə söyləyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "xüsusi hərbi əməliyyat” adlandırdığı bu işğalda 498 əsgərin öldürüldüyünü açıqlayıb. Lakin bu məlumat 2 mart tarixinə aiddir və o vaxtdan bəri yenilənməyib. 

Ötən günlərdə Kremlə yaxınlığı ilə tanınan "Komsomolskaya Pravda” qəzeti öz saytında rus ordusunun itkilərini açıqlayaraq müzakirələrə səbəb olmuşdu. Rusiya qəzeti 9 min 861 əsgərin şəhid olduğunu, 16 min 153 əsgərin isə yaralandığını qeyd etmiş, ancaq xəbər qısa zamanda saytdan silinmişdi. Qəzet daha sonra bu xəbərin kiberhücumdan sonra dərc edildiyini açıqlamışdı.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man