Ərdoğan ANONS VERDİ - Rusiya-Ukrayna müharibəsində "sular durulur"?

Media 01 Aprel 2022 | 10:35
OXUNUB: 1560
"Türkiyə müharibəyə son qoymaqda israrlıdır. Bu, Ankara üçün artıq nüfuz məsələsinə çevrilib”.
 
Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünənki çıxışından danışarkən deyib. O qeyd edib ki, yaxın günlərdə Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışıqları olacaq:

"Türkiyə lideri özünün də dediyi kimi, hər iki tərəfi müzakirə masasına dəvət edəcək. Yaxın gələcəkdə dövlət başçıları səviyyəsində görüşün təşkili tamamilə mümkündür. Birincisi ona görə ki, münaqişə tərəfi liderlərinin hər ikisinin Ərdoğana hörməti var. Onlar Türkiyə prezidentinin sözünü yerə salmaq istəməzlər. İkincisi, indi Türkiyənin vasitəçiliyi həm Rusiyaya, həm də Ukraynaya sərf edir. Putin də, Zelenski də bilir ki, düşdükləri "bataqlıqdan" onları çıxara biləcək, bəlkə də, yeganə lider Ərdoğandır. Çünki Ankara vasitəçiliyində səmimi olduğunu, proseslərə təkcə öz maraqları prizmasından deyil, həm də münaqişə tərəflərinin nöqteyi-nəzərindən yanaşdığını artıq sübut edib. Dediyimiz kimi, qarşıdakı həftələrdə liderlər səviyyəsində görüş gözlənilir. Bundan sonra isə çox mətləblər aydın olacaq. Ya tərəflər razılığa gələcək, ya savaş tərəflərdən birinin tamamilə taqətdən düşməsinədək davam edəcək”.

Müsahibimiz bildirib ki, müharibənin nə Ukraynaya, nə də Rusiyaya sərf etdiyini nəzərə alınsa, yaxın müddətdə "sular durulacaq":

"Dövlət başçılarının hansı şərtlərlə razılığa gələcəyini proqnozlaşdırmaq çətindir. Bütün hallarda Rusiya qoşunları Ukraynadan çıxacaq. Kiyev NATO-ya üzvlükdən imtina edəcək. Krım və separat bölgələr isə, çox güman, Kremlin nəzarətində qalacaq. Müharibənin qalibi olmayacaq: Rusiya da uduzacaq, Ukrayna da. Qazanan Qərb olacaq”.

Xatırladaq ki, dünən Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Putin və Zelenski ilə müzakirələrim olacaq. Onları müzakirə masasına dəvət edəcəyəm. İnanıram ki, prezidentlər səviyyəsində görüşə ev sahibliyi edə biləcəyik”, - deyə söyləyib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man