"Ermənistan buna məcbur ediləcək" - Aprel görüşündən GÖZLƏNTİLƏR

Media 31 Mart 2022 | 14:22
OXUNUB: 905
Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək. Aprelin 6-da baş tutacaq görüşün hansı formatda olacağı açıqlanmayıb.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bundan əvvəl Brüsselin vasitəçiliyi ilə tərəflər arasında iki görüş keçirilsə də, nəticəsiz qalıb:

"Brüssel görüşündə sülh müqaviləsi üzrə danışıqların davamlı aparılması və real nəticələrə uyğun olaraq addımların atılması razılaşdırılacaq. Ermənistanın Qarabağda etnik ermənilərin "statusunu" qabartması mümkündür. Avropa İttifaqı danışıqlar prosesində bu məsələləri müzakirə etməyəcək. Çünki, bu kimi məsələlərin gündəliyə gəlməsi, Rusiyanın maraqlarına cavab verir, sülhün əldə olunmasının qarşısını alır. Həmçinin rəsmi Bakı da buna getməyəcək. Brüssel danışıqlarında qarşıda duran əsas istiqamət Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmaqdır”.

Müsahibimiz bildirib ki, Ermənistan sülh istəyirsə, Azərbaycanın beş maddəlik təklifini qəbul etməlidir:

"Ermənistan Brüsseldə əldə olunan razılaşmalara  bir müddət əməl etməyə bilər. Amma Rusiyanın Ukraynada məğlubiyyəti, Avropa İttifaqının regionda mövqelərini gücləndirməsi fonunda  Ermənistana müəyyən təzyiqlərə yol aça bilər. Çünki Avropa İttifaqı Azərbaycanla əlaqələrə önəm verir və enerji diversifikasiyasında mühüm rol oynayacaq. Həmçinin Rusiyanın regiondan çıxarılması Brüssel üçün strateji xəttdir. Bunun üçün Ermənistanın Azərbaycanla sülh müqaviləsinə məcbur edilməsi labüddür.

Paşinyan ya Moskvanın şərtləri ilə getməli, ya da Brüsselin şərtlərini qəbul etməlidir. Prezident İlham Əliyev Avropa İttifaqının vasitəçiyini qəbul edib və prosesin müsbət nəticələnməsi üçün Brüsselin mövqeyinə obyektiv yanaşır. Brüsseldə keçiriləcək görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi və sülh müqaviləsinin bağlanması  əsas danışıqlar predmeti olacaq”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man