Türkiyə ilə İsrail arasında təbii qaz kəməri çəkiləcək?

Media 31 Mart 2022 | 13:21
OXUNUB: 945
"İsraillə təbii qaz kəmərinin çəkilməsi qısa müddətdə mümkün deyil".

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Mövlud Çavuşoğlu enerji asılılıqlarının olmadığını bildirib:

"Mayın ortalarında bizim enerji nazirimiz Fatih Dönməzlə Fələstinə və İsrailə səfərimiz var. İsrailin Baş naziri Naftali Bennet aprelin 3-də xaricdə olacaq, ona görə səfərimizi mayın ortalarına təxirə saldıq. Axı bu bölgədəki qazın da Türkiyədəki boru kəmərlərinə qoşulması və oradan Avropaya göndərilməsi vacibdir. Onu çox qısa müddətdə əvəz etmək çətindir. Biz enerji asılılığımızı azaltmalıyıq.
 
Bu bütün dünyada çətindir, bütün ölkələr axtarışdadır. Ona görədə Amerika yenidən Venesuela ilə danışıqlara başlayır. Hazırda tədarük problemimiz yoxdur".
 
"Biz sanksiyalarda iştirak etməmişik. Vasitəçi olduğumuz halda iştirak etməyimiz də düzgün olmazdı. Hamı da bunu anlayışla qəbul etdi", - Çavuşoğlu qeyd edib.

Turan Rzayev
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man