Brüs Uillis xəstəliyə görə karyerasını bitirir

Media 31 Mart 2022 | 11:58
OXUNUB: 860
Hollivud ulduzu Brüs Uillis aktyorluq karyerasını bitirir.

Sfera.az bildirir ki, bu barədə aktyorun ailəsi açıqlama verib. 
 
Məlumata görə, buna səbəb ulduza afaziya (xəstəlik və ya travma nəticəsində danışıq və yazılı dilinin işlənməsinə, formalaşmasına və qavranılmasına təsir göstərən bir pozğunluqdur) diaqnozunun qoyulmasıdır. 

Açıqlamada əfsanəvi aktyor Brüs Uillisin son vaxtlar səhhətində problemlər yaşadığı bildirilir.  Beynin bəzi hissələrində yaranan disfunksiyanın aktyorun nitq, danışıq tərzini anlama və oxuma-yazma kimi bacarıqlarına təsir etdiyi qeyd olunub.

Ailənin birgə açıqlamasında, həmçinin bu fikirlər öz əksini tapıb: 

"Ailəmiz üçün həqiqətən çətin vaxtdır və biz sizin sarsılmaz sevginiz, şəfqətiniz və dəstəyinizə görə minnətdarıq. Bu mərhələni güclü bir ailə birliyi ilə keçirik və onun pərəstişkarlarının da bunu bilməsini istədik. Çünki onun sizin üçün, sizin isə onun üçün nə demək olduğunu bilirik”.

Qeyd edək ki, 1989-cu ildə "Moonlighting” serialındakı Daivd Addison rolu ilə dünya miqyasında tanınan Brüs Uillis "Die Hard" kimi döyüş filmlərində və bir çox televiziya seriallarında rol alıb.

Türkan
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man