Putin hansı sənədləri gizlədir? – Trampdan ÇAĞIRIŞ

Media 30 Mart 2022 | 15:37
OXUNUB: 2098
ABŞ-ın "JustTheNews”xəbər saytına müsahibə verən Donald Tramp Putinə müraciətində Rusiya liderindən Bayden və ailəsi haqqında məlumatları dünya ilə paylaşmasını istəyib.

Sfera.az xəbər verir ki, Tramp Rusiya-Ukrayna müharibəsində tutduğu yer və Putinə etdiyi müraciətlə yenidən hamını təəccübləndirməkdə davam edir.

Onun artıq ABŞ-nin əsas düşməninə çevrilmiş bir ölkənin rəhbərindən belə bir istəyi  keçmiş prezident olduğu üçün qəribə qarşılanıb və böyük əks-səda doğurub. Bu çağırış siyasi ekspertlər tərəfindən Trampın prezidentliyi dövründə istifadə etdiyi taktikaya uyğun olaraq da şərh edilib: "Donald Tramp daxili maraqları üçün xarici güclərdən kömək almağa çox hazır olan siyasətçidir”.

Dünən verdiyi müsahibədə Tramp adı korrupsiya araşdırmalarında hallanan Co Baydenin oğlu Hunter Bayden haqqında danışıb.

Hunter Bayden həm cinsi qalmaqallar, həm də adına ləkə gətirən iş əlaqələri səbəbiylə atasına çox başağrısı verən bir fiqur kimi qarşımıza çıxır. Güman edilir ki, Kreml administrasiyası Hunter Baydenin rusiyalı iş adamları ilə birgə Rusiyaya investisiyaları haqqında məlumatı saxlayır və ondan bir növ istifadə edə bilər. Trampın çağırışı da məhz bundan ibarətdir. O, Kremldə saxlanılan bu məlumatın dünya və ABŞ rəsmiləri ilə paylaşılmasını tələb edərək, keçmiş prezident Putinə səslənib. Digər tərəfdən, belə bir vəziyyətin həqiqət olması və ya Kremlin bu məlumatlara çıxışı ilə bağlı xəbərlər müstəqil mənbələr tərəfindən yoxlanıla bilməz.
 
"Düşünürəm ki, Putinin bu suallara cavabı var” - deyən Tramp, "Məncə, onlar bu məlumatı yaymalıdırlar. Biz də cavabları öyrənməliyik”, - deyib. O, öz sözləri ilə Putinə çağırışını bütün dünyaya bəyan edib.

Hunter Baydenin atası Co Baydenin vitse-prezident olduğu müddətdə xaricdə çoxlu biznes əlaqələri olduğu və böyük pullar qazandığı məlum faktdır. O da məlumdur ki, Baydenin oğlu o zaman Ukrayna və Çin də daxil olmaqla ölkələrlə iş aparırdı.
 
Əslində, ABŞ Ədliyyə Departamentinin rəsmiləri bu dövrdən araşdırmalar aparmağa davam edir. Hunter Bayden bu işgüzar sövdələşmələrdən ədalətsiz qazanc əldə etməkdə təqsirli bilinərsə, cəzalandırıla bilər. Lakin Donald Trampın irəli sürdüyü ittihamlar sübuta yetirilə bilməz.
 
Co Baydenin ABŞ-ın məhkəmə orqanlarına və ya siyasətçilərinə təsir etməsi və oğlunu xilas etmək üçün səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar Hunter Baydenin iş sənədlərinə belə daxil olmayıb. Hunter Bayden heç bir səhv etmədiyini və istintaq bitdikdən sonra günahsız sayılacağını və bəraət alacağını bildirib.
 
Əzizə Zeynal
Sfera.az  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man