Bu türk respublikasının qərarında Ərdoğan MÖVQEYİ: Rusiya və Çindən asılılıqdan imtina edilir - ŞƏRH

Media 30 Mart 2022 | 12:53
OXUNUB: 740
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə canlanma yaratmaq məqsədi daşıyır. Ərdoğan özbək həmkarı Şavkat Mirziyoyevlə iki ölkə arasında iqtisadi layihələri, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni və Türk Dövlətləri Təşkilatının payızda Daşkənddə keçiriləcək sammitini müzakirə ediblər”.

Sfera.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın Özbəkistana rəsmi səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Türkiyədən Özbəkistana investisiya qoyuluşu artıb:

"Pandemiyaya baxmayaraq, ötən il ticarət mübadiləsinin həcmi 3.38 milyard dollara çatıb. Ərdoğan yeni hədəf qoyub: 2023-cü ildə ticarət mübadiləsinin illik həcmini 5 milyard dolara çatdırmaq lazımdır. Özbəkistana yatırım qoyan ölkələr içərəsində Rusiya Çinilk sıralardadır, Türkiyə üçüncü sırada qərar tutub. Bu Daşkənd üçün vacibdir.Türkiyənin Özbəkistanda 1500 müəssisəsi fəaliyyət göstərir. Bu kifayət qədər böyük rəqəmdir.
 
Özbəkistan Rusiya və Çinlə iqtisadi münasibətlərini genişləndirsə də, bu iki ölkənin bazarından asılı olmaq istəmir.
 
Birincisi, Rusiya və Çinin Qərblə münasibətləri gərgindir.
 
İkincisi, Rusiya və Çin qonşularına qarşı ara-sıra iqtisadi və siyasi təzyiq alətlərindən istifadə edirlər.
 
Misal üçün, Rusiya Qazaxıstan neftini öz ərazisiylə daşınmasını azaldıb. Çin isə ötən ilin ortalarında Qazaxıstanla sərhəddi məhsulların idxalı üçün bağlamışdı. Bu Qazaxıstan iqtisadiyyatına mənfi təsir etmişdi”.
 
Politoloq qeyd edib ki, Daşkənd neytral siyasət yürüdür, hərbi bloklara qoşulmur, Rusiya və Çinlə ancaq iqtisadi əməkdaşlıq platformalarında iştirak edir:
 
"Daşkənd Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir. Özbəkistan rəsmiləri bir neçə dəfə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Eləcə də Çinin bölgədə hərbi gücünü artırması və uyğurlara qarşı zorakı siyasətini davam etdirməsi Daşkənddə narahatlıqla qarşılanır.
 
Türk Dövlətləri Təşkilatının növbəti sammitinin Daşkənddə keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün vacibdir. Özbəkistanın keçmiş prezidenti İslam Kərimov türkdilli dövlətlərlə əməkdaşlığa maraq göstərmirdi, onun Türkiyə ilə münasibətləri gərgin idi. Şövkət Mirziyoyev prezident seçildikdən sonra ilk rəsmi səfərlərindən birini Türkiyəyə reallaşdırdı. Bundan başqa Şövkət Mirziyoyev ölkəsini türkdilli dövlətlər ailəsinə qaytardı. Bu baxımdan artıq Özbəkistan türkdilli dövlətlər arasında inteqrasiyanı xarici və təhlükəsizlik siyasətini əsas vektoru hesab edir. Bu inteqrasiya Özbəkistanı Rusiya və Çindən qoruyacaq əsas amillərdən biridir”.

E. Şahinoğluya görə, Özbəkistanın Türkiyə və türk dünyası ilə əlaqələrini genişləndirməsi Azərbaycanın da siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına uyğundur.

"Bakı və Ankara Özbəkistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyir. Bunun üçün Özbəkistan öz məhsullarını əvvəlcə Türkmənistana, oradan da dəniz yolu ilə Ələt limanına çatdırmalıdır. Bu, Özbəkistanın Türkiyə üzərindən Aralıq dənizinə çıxışını təmin edəcək.
 
Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə türk dünyasında da narahatlıq doğurub. Bu mənada türk dövlətləri arasında siyasi və iqtisadi təmaslarla yanaşı, təhlükəsizlik sahəsində də əməkdaşlığı genişləndirməyə zərurət yaranıb. Türkiyə və Özbəkistan dövlət başçılarının bu mövzuda da Daşkənddə müzakirə apardığı ehtimal edilir”.

Turan Rzayev
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man