Elektrik avtomobilləri ucuzlaşacaq – Hökumətin qərarı gözlənilir

Media 29 Mart 2022 | 17:33
OXUNUB: 3560
Azərbaycanın Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz (yalnız elektrik mühərriki ilə işləyən – red.) avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib.

Sfera.az xəbər verir ki, bunu "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev Report-a deyib.
 
T.Alverdiyev söyləyib ki, hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız idxal rüsumu ödəyir. Komitə hökumətə təklif edib ki, idxal rüsumunun dərəcəsi də 0%-ə salınsın.

Sfera.az bildirir ki, elektrik mühərrikli avtomobillərin Azərbaycana idxalı ƏDV-dən azaddır, alıcılar yalnız 15 faizlik idxal rüsumu ödəyir.
 
Lakin rüsumun tutulma qaydası bu avtomobillərin idxal xərclərini yetəri qədər azaltmır. Rüsum idxal edilən avtomobilin bütün dəyərinə tətbiq edildiyindən alınan rüsumun məbləği çox olur.
 
Məsələn, avtomobilin qiyməti 10 min ABŞ dollarıdırsa, rüsum 1500 dollar, yəni 2550 manat olur. Rüsumdan başqa avtomobilin sahibi gömrük yığımları, vəsiqə haqqı və digər xərclər şəklində daha207 manat ödəməlidir. Buna görə də cəmi xərclər 2757 manat təşkil edir.
 
Daxili yanma mühərriki olan avtomobillərin idxal xərcləri ilə müqayisədə elektrikli avtomobillərin idxal xərcləri xeyli azdır. Dəyəri 10 min dollar, mühərrikinin həcmi 1500 kub santimetr olan benzinlə işləyən avtomobilin idxalı zamanı 1785 manat rüsum hesablanır və cəmi idxal xərci 6020 manat olur.  
 
Ancaq idxal xərclərindəki fərqlər dəyəri aşağı olan və istehsal tarixi köhnə olan avtomobillərdə qeydə alınır. Dəyəri yüksək olan və istehsal tarixi yeni olan avtomobillərdə isə idxal xərci kəskin fərqlənmir.
 
Məsələn, dəyəri 30 min dollar olan elektrik avtomobilinin idxal xərci 7950 manat, benzinli mühərriklə təmin edilən avtomobil üçün çəkilən xərc 11 200 manatdır.
 
Dəyəri 50 min dollar olan avtomobildə xərclər müvafiq olaraq 13 min və 17,3 min manat təşkil edir.
 
Yeni və bir qədər baha olan avtomobillərin idxal xərcləri kəskin fərqlənmədiyindən alıcıların əksəriyyəti kiçik həcmli benzinlə işləyən, yaxud hibrid sistemlə təchiz edilən avtomobillərin idxalına üstünlük verir.
 
Amma Komitənin təklif etdiyi kimi elektrikli avtomobillərin idxal rüsumu ləğv olunarsa, o halda, Azərbaycana elektrik avtomobillərin idxalı daha sərfəli olacaq və buna görə də onların idxalı artacaq.
 
Məlumat üçün bildirək ki, ölkəmizə 2021-ci ildə 91 194 ədəd avtomobil idxal olunub. İdxal olunan avtomobillərin 12 936ədədi hibrid, 160 ədədi (0,175 faiz) elektrik avtomobilidir.
 
2022-ci ilin yanvar-fevral ayları ərzində isə ölkəmizə 11 145 ədəd avtomobil gətirilib. Gətirilən avtomobillərin 2032 ədədi hibrid,57 ədədi (0,51 faiz) elektrik avtomobilləridir.
 
Göründüyü kimi, elektrik avtomobilinin idxalı olduqca azdır.
 
Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man