Rus generallarının ÖLÜM MÜƏMMASI: Əsgərlər öz komandirlərinə hücum edirlər?

Media 29 Mart 2022 | 15:07
OXUNUB: 3242
Rus generallarının öldürülməsi son günlər dünya mediasının da maraq obyektindədir. Bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir, iddialar irəli sürülür.  Qeyd edilir ki, öldürülən yüksək rütbəli komandirlərin sayının doğru olduğu ortaya çıxarsa, bu, rus generallarının ya son dərəcə şanssız olduğunu, ya da uğurla hədəf alındığını göstərir.
 
Sfera.az-ın məlumatına görə,  bununla bağlı Vaşinqtondakı ”"CNA”  analitik mərkəzinin mütəxəssisi Cefrey Edmonds deyib ki, Ukrayna qüvvələri "antenaların yanında duran ağ saçlı hər kəsi” hədəfə götürür. Pentaqon və digər Qərb rəsmiləri isə rus generalların  NATO-dakı həmkarlarından daha çox cəbhə xəttində xidmət etdiyini vurğulayır.

Rus generalları necə öldürülür?

Qərb mediasının məlumatına görə, Ukraynadakı rus generalları xaosun qarşısını almaq üçün əməliyyata daha yaxın yerləşdirilir – Yəni "qorxmuş” rus qoşunlarını irəli çəkmək üçün rus generallarının meydanda olması vacibdir. Pentaqon, NATO və Qərb rəsmiləri deyirlər ki, Ukraynadakı Rusiya ordusu ruhdan düşüb və bununla mübarizə aparılır. Hətta "Washington Post”da dərc olunan yazıda iddia olunub ki, rus əsgərləri onların briqadaları Kiyevdən kənarda gedən döyüşlərdə ağır itki verdikdən sonra komandirlərinə hücum edərək yaralayıblar. Məsələn, ötən günlərdə ukraynalı jurnalist Roman Tsymbaliuk də bildirmişdi ki, 37-ci motoatıcı briqadanın qoşunları itkilərin ardınca polkovnik Yuri Medvedevin  üzərinə tank sürüblər və hər iki ayağını yaralayıblar. Polkovnikin daha sonra xəstəxanaya aparıldığı bildirilib.

Eyni zamanda, Zelenskinin baş müşaviri Oleksiy Arestoviç deyib ki, Ukrayna ordusu bütün səylərini Rusiyanın işğalının "sürətini ləngitməyə” və forpost komandirlərinin öldürülməsinə yönəldir. Arestoviç vurğulayıb ki, yüksək rütbəli zabitlərin öldürülməsi yeni komandanlıq strukturlarının yaradılmasına qədər Rusiyanın irəliləyişini 3-5 gün ləngidə bilər. Onun iddialarına görə, rusların sürətini ləngitməklə yanaşı, onların generallarını öldürmək Rusiyanın mənəviyyatını sarsıdıb və Ukraynanın qətiyyətini artırıb.

Rusiya hakimiyyəti və mediası isə, yalnız bir generalın ölümünü təsdiqləyib. Ukrayna sosial şəbəkələrində yüksək rütbəli zabitlərin ölümləri qeyd edilir, lakin bu, Rusiya xəbərlərindən kənarda saxlanılır. London Kral Kollecinin təhlükəsizlik eksperti Rut Deyermond qeyd edib ki,  öz ordusu Putinə itkilər barədə yalan da danışa bilər: 

"Rusiyanın ilk uğursuzluqlarından sonra Putin müharibə səylərini ikiqat artırdı. Rusiya hakimiyyəti uzun və qanlı əməliyyata hazırlaşır, təbliğat yolu ilə daxili birliyi gücləndirir”.

Xatırladaq ki, müharibədə rusların 20-yə yaxın general-mayorunun olduğu təxmin edilir. Qərb rəsmiləri indiyə qədər yeddi yüksək səviyyəli generalın öldürüldüyünü deyib. Onlarla bağlı "The Guardian”da dərc olunan siyahı belədir:

General-leytenant Yakov Rezanstev

General-mayor Andrey Mordviç

General-mayor Oleq Mityaev

General-mayor Vitali Gerasimov

General-mayor Andrey Suxovetski

General-mayor Andrey Kolesnikov

General Maqomed Tuşayev

General Vlaislav Yerşov isə işdən çıxarılıb.

Günay Rəsulqızı
Sfera.az


 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man