İsveç Türkiyəyə səyahət xəbərdarlığı etdi

Media 29 Mart 2022 | 12:07
OXUNUB: 1276
İsveç Xarici İşlər Nazirliyi Türkiyəyə səyahət xəbərdarlığı edib.
 
Sfera.az bildirir ki, bu barədə Ankaradakı səfirliyin rəsmi saytında məlumat dərc olunub. 

Qurum Türkiyəyə səfər edəcək vətəndaşlarına İraq-Suriya sərhədinə 10 kilometrdən çox yaxınlaşmamağı tövsiyə edib. Açıqlamada sərhəd şəhərləri arasında yalnız "Hatay, Kilis, Şırnak, Hakkari”nin qeyd olunması diqqət çəkib.

Sözügedən məlumatın mətni isə belədir: 

"Təhlükəsizlik vəziyyətindəki dəyişikliklərlə əlaqədar olaraq Xarici İşlər Nazirliyi 28 mart 2022-ci ildə Türkiyə ilə bağlı qərar qəbul edib. Belə ki,  nazirlik bu ölkənin Suriya və İraq sərhədlərinə, müvafiq olaraq, Suriya və İraq sərhədlərindən 10 kilometr məsafədə olan yaxın bölgəsinə səyahət edilməməsini tövsiyə edir. Bundan əlavə, Xarici İşlər Nazirliyi Hatay, Kilis, Şırnak və Hakkari kimi bütün sərhəd vilayətlərinə lazımsız yerə səyahət etməməyi məsləhət görür. Tövsiyə növbəti bildirişə qədər etibarlıdır”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man