Ukrayna prezidenti üçüncü dəfə bunu etdi - Geo-siyasi və geo-iqtisadi xəritədə DƏYİŞİKLİK

Media 29 Mart 2022 | 11:08
OXUNUB: 2027
"Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra üçüncü dəfədir ki, Ukrayna Prezidenti humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edir. Dünən Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə İlham Əliyevə təşəkkürünü bildirib”.

Sfera.az xəbər verir ki, bunu deputatVüqar Bayramov bildirib.

Millət vəkili deyib ki, Ukrayna Prezidenti öz "Twitter" hesabında da paylaşım edərək humanitar dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü bildirib:

"Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna Prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkürünü bildirib. Bu Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur.

Vladimir Zelenski, həmçinin əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə də Azərbaycana təşəkkür edib. Ukrayna regionda ərzaq təminatı baxımdan vacib ölkələrdən hesab olunur. Savaş dünya bazarında ərzaq məhsullarının qiymətini növündən asılı olaraq 8-22 faiz artırıb. Avropada inflyasiya səviyyəsi son 30 ildə ən yüksək səviyyədədir. Təbii ki, Azərbaycan daxil olmaqla region ölkələri üçün də idxal inflyasiyası qaçılmazdır. Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması, həmçinin ərzaq istehsalı baxımından da vacibdir. Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər.

Bütövlükdə, yeni düzən fonunda regionun geo-siyasi və geo-iqtisadi xəritəsində dəyişikliklər olur. Bu isə Azərbaycanın geo-siyasi mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir”.

Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man