Rusiyanın bu media qurumlarının yayımı Azərbaycanda dayandırılmalıdır – MÖVQE

Media 28 Mart 2022 | 20:53
OXUNUB: 3300
Xəbər verdiyimiz kimi, Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) Rusiya-Ukrayna müharibəsi barədə xəbərlər verən, mövzu ilə bağlı analitik yazılarla çıxış edən Azərbaycanın üç saytına (Oxu.az, minval.az, haqqin.az) öz ərazisində girişi bloklayıb. Heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidddir.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən jurnalist, Ayna.az saytının təsisçisi və redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, adıçəkilən saytların Rusiya ərazisində girişinin bloklanmasını böyük hadisə hesab etmirəm.

"Məsələ ondadır ki, bu hazırkı Rusiya hakimiyyəti üçün adi haldır. Onlar əleyhinə deyilən ən adi söz belə onları özündən çıxarır. Bunu ona görə deyirəm ki, nə "oxu.az", nə "minval.az", nə də "haqqın.az" Rusiya ictimai fikrinə təsir edə biləcək potensialda saytlardır. Rusların özlərinin öz ictimai fikrinə təsir edəcək kifayət qədər kütləvi informasiya vasitələri var. Ancaq bununla belə onlar bizim saytların fikirlərindən də çəkinir”.

E. Şıxlı Azərbaycanın da bəznər formada Rusiya saytlarının ölkə ərazisində bloklanması fikrinə münasibət bildirib:

"Mən bundan öncə də dəfələrlə demişəm ki, Azərbaycanda fəaliyyət göstərən "Raşa Tudey” nəşri və onun törəmələrindən olan "Sputnik Azərbaycan”ın Azərbaycanda fəaliyyəti dayandırılmalıdır. Onsuz da hazırda Avropanın əksər ölkələrində həm "Raşa Tudey”, həm də "Sputnik Azərbaycan”ın yayımı dayandırılıb. Hesab edirəm ki, bu addımı biz də atmalıyıq. Ən azından bunu Rusiya-Ukrayna müharibəsi gedişində etməliyik. Çünki müharibə dövründə həmin media qurumlarının fəaliyyətinə baxdıqda, onların bağlanmasının zəruri olduğunu görə bilərik.

"Sputnik Azərbaycan”ın yeni təyin edilən rəhbəri separatçı Cənubi Osetiya da "Sputnik"in keçmiş rəhbəridir. Həmin adam həm də Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olub. Bu şəxsin Azərbaycana göndərilməsi bizim üçün heç də müsbət hal deyil”.

Turan Rzayev
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man