Ölkəyə gələ bilməyən vətəndaşların nəzərinə: Bu proqram vasitəsilə...

Media 28 Mart 2022 | 16:27
OXUNUB: 938
Hazırda Rusiya-Ukrayna müharibəsi ilə bağlı qonşu ölkələrdə olan vətəndaşlarımızın ölkəyə gəlişində müəyyən problemlər var.

Sfera.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, Ukraynada, Rusiyada və Belarusda olan vətəndaşlarımız indiki çətin məqamda ölkəyə gəlmədən də bir çox dövlət və özəl xidmətləri onlayn formada əldə edə bilərlər:

"Mobil Notariat tətbiqi vasitəsilə dünyanın istənilən yerində olan Azərbaycan vətəndaşı əmlak, kirayə, maşın alqı-satqısı, vərəsəlik, miras, sənədlərin təsdiqi, bank xidmətləri və s. kimi məsələlərlə bağlı xidmətləri əldə edə bilər. Çox sayda xidmətlərin əldə edilməsi üçün bu mobil tətbiqi "App Store" və ya "Play Market"dən yükləyərək qeydiyyatdan keçməklə dünyanın istənilən yerindən istənilən Azərbaycan vətəndaşına etibarnamə vermək olar”.

O.Gündüz qeyd edib ki, qeydiyyat kifayət qədər sadələşdirilib:

"Mobil Notariat sistemi artıq xeyli sayda dövlət qurumlarına inteqrasiya olunduğundan onun vasitəsilə verilən etibarnamələr bu dövlət qurumlarında keçərlidir. Həmçinin, xaricdə çıxılmaz vəziyyətə düşən vətəndaşlarımız myGov, e-Sosial, e-Agro, İcbari Tibbi Sığorta, DİN Elektron Xidmət Portalı, Smart Customs və s. bu tip servislərdən də bəhrələnə bilərlər”.

Günay Rəsulqızı





Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man