Rusiyanın iqtisadi itkiləri böyüyür: Bir aylıq zərər 1,4 trilyon dolları ötdü

Media 28 Mart 2022 | 16:15
OXUNUB: 1006
Rusiyanın Ukraynada hərbi əməliyyatlar həyata keçirməsi və bununla əlaqədar sanksiyaların tətbiq olunması Rusiyaya böyük iqtisadi zərər vurur. Bu ilin fevralın 24-də başlayan hərbi əməliyyatlar artıq 32-ci gününə keçib və ilkin hesablamalara görə Rusiya hər gün 35-40 milyard dollar dəyərində iqtisadi itkilərlə üzləşib.
 
Xarici ekspertlərin, beynəlxalq maliyyə qurumlarının mütəxəsislərinin rəyinə əsasən, müharibə və sanksiyalar Rusiya üçün sadəcə cari xərclər yaratmır, o, həmçinin uzunmüddətli dövrdə iqtisadi böhran ehtimalını gücləndirir ki, bunun da baş verməsi iqtisadiyyatdakı itkilərin həcmini daha da böyüdəcək.

Sfera.az bildirir ki, müharibənin Rusiya üçün yaratdığı iqtisadi zərər özünü 3 formada göstərir.

Birincisi, birbaşa müharibəyə görə çəkilən xərclər var.

Rusiya müharibə apardığından böyük vəsait xərcləyir. Hər gün istifadə edilən hərbi sursatların, sıradan çıxarılan hərbi texnikanın əvəzinə yeniləri alınır. Həmçinin, həlak olan və yaralanan hərbçilərə görə böyük məbləğdə vəsait ödənilir.

Ukrayna tərəfinin açıqladığı məlumatlara əsasən məhv edilən texnikanın bazar dəyəri 10 milyard dollardan az deyil. Son bir ayda istifadə edilən raket, top mərmisi, yanacaq və s. kimi cari xərclər gündəlik 1-1,5 milyard dollar, aylıq 30-45 milyard dollardəyərində qiymətləndirilir.

Ümumiləşdirsək, bütün hərbi xərclərlə bərabər Rusiyanın son 32 gündəki xərclərinin 50 milyard dolları ötdüyünü proqnozlaşdırmaq olar.

Amma müharibə uzandıqca Rusiya hərbi sursatlara və texnikaya daha çox pul xərcləyəcək. Çünki ilk günlərdən fərqli olaraq Rusiya tədricən daha bahalı texnika və sursatdan istifadə etməlidir. Məsələn, Rusiya qanadlı, orta və uzaqmənzilli, hədəfləri dəqiq vuran raketlərdən istifadəni artırıb. Bu cür raketlər olduqca bahalıdır və yeni vəziyyət Rusiyanın gündəlik hərbi xərclərini artırır.

Rusiya müharibə aparmaqla yanaşı güclü iqtisadi sanksiyalarla da üzləşib. Sanksiyalar həm dövlət, həm də özəl qurumların aktivlərinin dondurulması, xarici ticarət əməliyyatlarının aparılmasının çətinləşdirilməsi, ödənişlərin qəbulu və icra edilməsinin məhdudlaşdırılmasışəklindədir.

Sanksiyalar nəticəsində Rusiya dövlətinə və şirkətlərinə məxsus 1 trilyon dollar dəyərində aktivlər dondurulub. Yalnız Rusiya Mərkəzi Bankının 500 milyard dollar dəyərində olan aktivinə həbs qoyulub. Mərkəzi Bank 630 milyard dollar dəyərində olan aktivinin təxminən 500 milyard dollarından istifadə edə bilmir.

Eynilə iri neft-qaz şirkətləri, banklar, aviasiya şirkətləri, əlvan metal istehsalçıları aktivlərinin bir hissəsini itirib.

Rus şirkətlərinə qarşı tətbiq edilən sanksiyalar onların bazar dəyərini xeyli azaldıb. Bu da Rusiya iqtisadiyyatının itkilərinin daha böyük olmasına şərait yaradıb. Məsələn,rubl dollar qarşısında 35 faizdən çox ucuzlaşıb. Bu o deməkdir ki, Rusiya iqtisadiyyatının, sadə insanların, şirkətlərin, bələdiyyələrin gəliri ümumilikdə320-350 milyard dollar dəyər itirib, mümkün gəlirdən məhrum olub.

Sanksiyalar Rusiya üçün uzunmüddətli dövrdə ixrac gəlirlərindən də məhrum edəcək, investisiya qoyuluşunu azaldacaq. Xüsusən də neft, qaz və neft məhsullarının ixracında tədricən azalma baş verəcək.

2021-ci ildə Rusiya 493 milyard dollarlıq ixrac həyata keçirib ki, bunun da 55 faizi, yəni 270 milyard dolları neft, qaz və neft məhsullarından ibarət idi. Proqnozlaşdırılır ki, yaxın 5 ildə Rusiyanın enerji məhsullarının ixracı davamlı azalacaq.

Bu azalma nəticəsində xarici gəlirlər məhdudlaşmaqla yanaşı, iqtisadiyyatda kiçilmə prosesini də gücləndirəcək. Nominal kiçilmənin illik dəyərinin 200-300 milyard dollar olacağı təxmin edilir.

Beləliklə, müharibə qərarı və buna görə tətbiq edilən sanksiya nəticəsində son bir ayda Rusiya iqtisadiyyatının itirdiyinin dəyəri 1,4 trilyon dollardan çoxdur.
 
Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man