"Növbəti görüşün İstanbulda
keçirilməsi çox ağıllı bir qərardır. Çünki Türkiyə prosesin əvvəlindən həm
Ukrayna, həm də Rusiya ilə danışıqlar aparan və atəşkəsə nail olmaq üçün səy
göstərən yeganə ölkədir”.
Sfera.az xəbər verir ki, bu sözləri
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.
"Regionumuzda və bütövlükdə
dünyada bütün siyasətçilər, dövlət xadimləri tezliklə atəşkəsin əldə olunmasını
arzulayır. Amma buna nail olmaq üçün hər
iki tərəflə görüşə bilmək, onları razı salmaq, bir araya gətirmək vacibdir.
Prezidentimiz proses başlayandan bunun üçün çox çalışır", - Şəntop
bildirib.
Turan Rzayev