Rusiyadan QƏRAR - Ammonium nitratın ixracına qadağa qoydu

Media 28 Mart 2022 | 13:32
OXUNUB: 686
Rusiya hökuməti ammonium nitratın Avrasiya İqtisadi İttifaqının (Aİİ) hüdudlarından kənara ixracına qoyduğu qadağanı 2022-ci ilin mayın 1-dək uzadıb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, qadağa Aİİ ölkələri ilə yanaşı qondarma Donetsk, Luqansk, Abxaziya və Cənubi Osetiyaya da ixracına şamil edilməyəcək.

Rusiya ammonium nitratın ixracına qoyulan qadağanın uzadılmasını fermerlərin və sənaye müəssisələrinin tələbatını tam ödəmək məqsədilə əlaqələndirib.

Xatırladaq ki, Ammonium nitratın ixracına qadağa fevralın 1-dən tətbiq edilib və aprelin 1-dək qüvvədə idi.

Qeyd edək ki, Ammonium nitrat əsasən yaxşı azot gübrəsi kimi, ya da digər gübrələr üçün yarım məhsul kimi istifadə olunur. Bu məhsuldan partlayıcı maddələrin hazırlanmasında da istifadə edilir.

Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man