Rusiyanın Qarabağ "OYUNU": "Dəyirmanın suyu haradan gəlir?" - ŞƏRH

Media 28 Mart 2022 | 11:34
OXUNUB: 2936
"Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatdakı ifadələr təxribatdır. Özü də məqsədli. İndiki həssas məqamda bunu başqa cür qiymətləndirmək mümkün deyil”.

Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı durumla bağlı yaydığı bəyanata verdiyi cavabı şərh edərkən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Sfera.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə müharibə apardığı bir zamanda Qarabağda gərginliyin artması təsadüfi deyil:

"Proseslərə diqqət edək. Əvvəlcə rus generalları ölkəmizə gəldi. Həftələrdir ictimaiyyət arasına çıxmayan Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə danışdı. Bundan sonra isə sözügedən təxribat oldu.
 
Ola bilsin, Şoyqu ilə Zakir Həsənovun müzakirəsi Kremlin maraqlarına cavab verməyib. Ehtimal var ki, Rusiya müdafiə naziri Qarabağda Azərbaycan silahlı qüvvələrinin hərəkətlənməsi barədə iradını bildirib və rəsmi Bakı buna əhəmiyyət verməyib. Hər halda ciddi strateji əhəmiyyətə malik Fərrux kəndinin ordumuzun nəzarətinə keçməsi Moskva üçün arzuolunan deyil”.

Eskpert qeyd edib ki, Kreml son addımları ilə göstərmək istəyir ki, başı müharibəyə qarışsa da, Cənubi Qafqaz diqqətindən kənarda deyil:

"Görünür, Ukrayna məsələsində Azərbaycanın haqlı mövqeyi Rusiyanın narazılığına səbəb olub. İstənilən halda Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətlərin normallaşması istiqamətində səslənən bəyanatlar, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası fonunda oxşar sabotajlar gözlənilən idi. Belə provokasiyaların, qıcıqlandırıcı addımların bundan sonra da davam etməsi istisna deyil”.

K. Novruzovun sözlərinə görə, Rusiya başa düşməlidir ki, belə addımlarla ikitərəfli əlaqələrə zərbə vurur:

"Gərginliyin daha bir müddət davam etməsi mümkündür. Amma əvvəllər də dediyimiz kimi, proseslər Bakı və Ankaranın maraqlarına, regiondakı əməkdaşlığa, sabitliyə uyğun formada inkişaf etməkdədir. Heç nə, heç bir əngəl buna mane ola bilməz”.
 
Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man