Cəlilabadda məktəb binası bərbad vəziyyətdədir - VİDEO

Gündəm 05 May 2022 | 22:36
OXUNUB: 1140

Cəlilabadın Üçtəpə kənd 2 nömrəli orta məktəbinin binası bərbad vəziyyətdədir.

Avtosfer.az-ın məlumatına görə, məktəbin tavan və divarlarında iri çatlar əmələ gəlib, pəncərələri isə qırıqdır. Məktəbin partaları isə nə oturmağa, nə yazı yazmağa yarayır. Zəngi isə dəmir parçası əvəz edir. Şagirdlər illərdir ki, bu vəziyyətdə təhsil almağa çalışırlar. Məktəbin direktoru Amalya Abbasova bildirib ki, sözügedən bina əvvələr ticarət obyekti kimi fəaliyyət göstərib. 1995-ci ildən isə burada 2 saylı məktəb fəaliyyətə başlayıb. O gündən bəri təhsil ocağında təmir işləri aparılmayıb. Amma direktor problemin tezliklə həll ediləcəyini bildirib. Qeyd edək ki, Üçtəpə kəndində iki məktəb fəaliyyət göstərir. Sözügedən məktəbdə 300-ə yaxın şagird təhsil alır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man