"Bu Azərbaycanın geo-iqtisadi mövqeyini daha da gücləndirəcək” - Deputat

Media 26 Mart 2022 | 12:13
OXUNUB: 1018
"ABŞ bu il Avropaya əlavə olaraq 15 milyard kubmetr sıxılmış qaz ixrac edəcək. Məqsəd qədim qitənin Rusiyadan enerji asılılığının daha tez azaldılmasına nail olmaqdır”. 

Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Millət vəkili 552 milyard kubmetr illik qaz istehlakı olan Avropa Birliyinin idxalında Rusiyanın 40 faizlik dominant payı olduğunu deyib:

"Birləşmiş Ştatlar 2030-ci ilədək Avropaya əlavə 50 milyard kubmetr mavi qaz göndərməyi hədəfləyir. Rusiya Ukrayna müharibəsi fonunda Qərb heç zaman müşahidə olunmayan birlik nümayiş etdirir. Birləşmiş Ştatlar Rusiyaya tətbiq edilən sanksiyalar kontekstində daha çox ölkəni bu əməkdaşlıq platformasında görmək niyyətindədir.

Avropa Birliyi üçün hazırda enerji təhlükəsizliyini möhkəmləndirmək baxımdan əlavə mənbələr Azərbaycan və Əlcəzair hesab olunur. 2.6 trilyon kubmetr ehtiyatı və illik 43.9 milyard kubmetr hasilatı olan Azərbaycan 2020-ci ilin sonundan Avropaya qaz ixracatına başlayıb. Əlcəzairin ehtiyatları 4.5 trilyon kubmetr, illik istehsalı isə 90 milyard kubmetrdir. Sözügedən ölkə Avropaya daha çox qaz nəql etməyə planlaşdırır”.

V. Bayramovun sözlərinə görə, 2022-ci ildə Avropaya ən azı 9.1 milyard kubmetr mavi qaz nəql etməyi planlaşdıran Azərbaycan artıq 10 milyard kubmetr qazı 2020-ci ilin dekabrından bəri qədim qitəyə çıxarıb:

"Cənub Qaz Dəhlizinin ikinci fazasında Azərbaycan Avropaya 20 milyard kubmetr qaz nəql edə biləcək. Dəhlizin reallaşması bir daha təsdiq etdi ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən, dayanıqlı inkişafı dəstəkləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlət olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq.

Göründüyü kimi, regionda və bütövlükdə dünyada yeni düzən formalaşır. Bu mərhələdə çoxşaxəli xarici siyasətə üstünlük verən Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi daha da güclənəcək”.

Turan Rzayev
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man