Bayden Polşa-Ukrayna sərhədinə gedir

Media 25 Mart 2022 | 10:25
OXUNUB: 1220
ABŞ prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsi fonunda gözlənilməz addım atıb.

Sfera.az bildirir ki, Baydenin bu gün Polşa-Ukrayna sərhədinə gedəcəyi açıqlanıb. Məlumata görə, Ağ Ev sahibinin təyyarəsi "Air Force One Biden” Ukrayna ərazisindən 80 kilometr aralıda yerləşən Rzeşovda dayanacaq. Baydenin axşam saatlarında paytaxt Varşavaya gedərək orada çıxış edəcəyi gözlənilir. Digər tərəfdən, onun bu addımı dünənki sammitdən sonra Qərbin Rusiyaya mesaj vermək istədiyi kimi şərh olunub.

Xatırladaq ki, NATO sammitindən sonra ABŞ prezidenti Co Bayden Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) liderlərinin sammitində iştirak edib. O, Avropanın təkcə NATO ilə deyil, həm də Avropa Şurası və G7 ölkələri ilə birliyinin vacibliyini vurğulayıb:
 
"İndi edə biləcəyimiz ən vacib şey müharibə cinayəti törətdiyinə inandığımız bu adamı (Putini) dayandırmaqdır”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man