Ərdoğandan NATO sammiti AÇIQLAMASI

Media 24 Mart 2022 | 22:44
OXUNUB: 1695
 Türkiyə Ukraynada sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir.

Sfera.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun mənzil qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.


"Biz hər iki tərəflə diplomatik təmasdayıq, bütün təklifləri müzakirə edirik və sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik", - deyə R.T.Ərdoğan bildirib.


Türkiyə Prezidenti böhran vəziyyətində liderlik keyfiyyətlərinə görə NATO-nun baş katibi Yens Stoltenberqə təşəkkür edib: "Bu səylər təkcə Avropanın deyil, bütün dünyanın təhlükəsizliyi üçün vacibdir".

Onun sözlərinə görə, Türkiyə coğrafi mövqeyinə, Rusiya və Ukrayna ilə xüsusi münasibətlərinə görə xüsusi mövqe tutur.


"Rusiya və Ukrayna bizim qonşumuzdur. Ukrayna ilə münasibətlərimiz uzun tarixə malikdir, çoxtərəfli əməkdaşlığa əsaslanır və strateji tərəfdaşlığa nail olunub. Rusiya ilə münasibətlər qarşılıqlı təhlükəsizlik və dialoq prinsipləri üzərində qurulub. Türkiyə 11 ildir ki, Suriya müharibəsinin yükünü təkbaşına daşıyır. Biz hərbi münaqişələr nəticəsində yaranan humanitar problemləri yaxşı bilirik. Bu səbəbdən Türkiyə diplomatiyasının birinci vəzifəsi döyüşləri dayandırmaqdır. Ukraynada sülh iki ölkəyə və dünya ictimaiyyətinə uyğun olan formulla təmin edilməlidir. Bu, möhkəm və dayanıqlı sülh olmalıdır", - deyə Türkiyə Prezidenti bildirib.


R.T.Ərdoğan əlavə edib ki, "sülhə nail olmaq üçün əsas prinsip Ukraynanın ərazi bütövlüyü və suverenliyidir və bütün danışıqlar bu prinsiplər çərçivəsində aparılmalıdır".


"Biz 63 mindən çox dinc sakinin hərbi əməliyyatlar aparılan ərazilərdən təxliyəsinə nail olduq. Türkiyə vətəndaşların əsas ehtiyacları üçün 56 yük maşını humanitar yardım göndərib. 60 mindən çox Ukrayna vətəndaşını qəbul edib sığınacaq verdik. ATƏT-in Ukraynadakı müşahidə missiyasının 142 üzvü İstanbul vasitəsilə təxliyə edilib. Son 8 ildə Türkiyə 5 milyon qaçqına qapısını açıb ki, bu da dünyanın hər bir ölkəsində olduğundan çoxdur. Türkiyə fəal və prinsipial siyasət yürüdür. Siyasətimizin əsas şərti NATO çərçivəsində Avro-Atlantik məkanın təhlükəsizliyidir", - deyə Türkiyə dövlət başçısı qeyd edib.


R.T.Ərdoğan bildirib ki, Avro-Atlantik Alyans yaranan təhlükələrə adekvat davranmalıdır, burada real və strateji yanaşma lazımdır.

"Biz bütün ölkələrin diqqətinə çatdırmağa borcluyuq ki, NATO sammitində qəbul edilən qərarlar üçüncü dövlətlərə qarşı yönəlməyib, heç kəsi təhdid etmir. Bizim səylərimiz dünyanın təhlükəsizliyinə xidmət edir. Türkiyə müttəfiqlik prinsiplərinə sadiqdir və bunu sözdə deyil, əməldə nümayiş etdirir. Hərbi sənayemiz keyfiyyətcə yeni səviyyəyə qalxmışdır ki, bu da hərbi potensialın genişlənməsini göstərir. Bəzi tərəfdaşlarımız tərəfindən hərbi sənayemizə qoyulan məhdudiyyətləri aradan qaldırmağın vaxtıdır", - deyə R.T.Ərdoğan bildirib.


Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla qlobal təhlükəsizliyin arxitekturasının ciddi islahatlara ehtiyacı var.

 
***
 
"NATO-nun bir daha həmrəylik mesajı verməsi böyük məna kəsb edir. Stoltenberqə liderliyinə görə təşəkkür etmək istərdim".
 
Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

"Biz hər fürsətdə bildirdik ki, Krımın ilhaqını tanımırıq. Ukraynanın ərazi bütövlüyünə dəstəyimiz davam edir. Türkiyənin bu prosesdə xüsusi yeri var. Rusiya və Ukrayna bizim Qara dənizdən qonşumuz olan iki ölkədir. 

Müharibənin tez bir zamanda bitməsi üçün hər iki ölkə ilə sıx əlaqə saxlayırıq. Biz danışıqları yaxından izləyir və dəstəkləyirik.

Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritet olmalıdır", - Ərdoğan bildirib.

Turan Rzayev
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man