"Rusiya bir ay ərzində Kiyev şəhərini mühasirəyə ala bilmədi”.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.
Bildirilib ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil ola bilməyib, Kiyev şəhərini mühasirəyə ala bilməyib və Ukraynanın sol sahilinə nəzarətin yaradılması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyib.
Bəyanatda qeyd olunub ki, Rusiya Kiyev, Çerniqov, Sumi, Xarkov və Mariupolu ələ keçirmək üçün yenidən hücuma başlamaq cəhdlərindən əl çəkməyib.
Bildirilir ki, cəbhədəki vəziyyəti yaxşılaşdırmaq üçün Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədlərinə yeridilməsi davam etdirilir.