Ukraynadakı müharibə Paşinyanı tələsdirir: Türkiyə ilə diplomatik əlaqələr qurulur!

Media 24 Mart 2022 | 16:27
OXUNUB: 2536
"Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dünən parlamentdə çıxış edib. O, Türkiyə ilə diplomatik əlaqələrin inkişafından danışıb. Diplomat proseslərin inkişafını müsbət qiymətləndirib”.
 
Sfera.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib.
 
Onun sözlərinə görə, Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etməklə doğru addım atdıqlarını deyib:
 
"Nazir həmçinin vurğulayıb ki, Ankara ilə diplomatik əlaqələrin bərpası istiqamətində bundan sonra da iş davam etməli, sərhədlər açılmalıdır.
 
Görünür, rəsmi İrəvan artıq reallıqları anlamağa başlayıb. Əvvəllər də dediyimiz kimi, proseslər sürətlənir. Xüsusilə Rusiyanın Ukrayna ilə müharibə aparması yeni geosiyasi reallıqlar yaratdı. Belə ki, Ermənistan hakimiyyəti Kremlin Cənubi Qafqazdakı təsir gücünün azalacağını bilir. Savaşın nəticəsindən asılı olmayaraq bu, hələ olacaq. Moskvanın regiondakı təsir imkanlarını qoruya bilməyəcəyi indidən hiss edilir. Ermənistan isə bundan istifadə edərək öz geosiyasi prioritetləri istiqamətində addım atır. Şübhəsiz ki, bu, Türkiyə ilə diplomatik əlaqələrin bərpasıdır.
 
İkinci bir tərəfdən, Ermənistan iqtisadiyyatının xeyli hissəsi hazırda Rusiyadan asılıdır. Deməli, Moskvanın məğlub olması İrəvana da ciddi təsir edəcək. Ona görə də Paşinyan administrasiyası indidən qabaqlayıcı tədbirlər görməyə çalışır. Odur ki, Şərqi Avropadakı müharibənin Ermənistanı bir az da tələsdirdiyini desək, yəqin, yanılmarıq”.
 
Ekspertin fikrincə, istər Kremlin, istərsə də Ermənistandakı müxalifətin əli ilə təxribatlar həmişə mümkündür:
 
"Xüsusilə yaxın gələcək üçün bunu istisna etmək olmaz. Ancaq oxşar provokasiyalar regionda yeni siyasi reallığın formalaşmasına, o cümlədən Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpasına və Azərbaycanın Qarabağla bağlı prioritetlərinin reallaşmasına mane olmayacaq, ola bilməyəcək. Çünki hazırkı geosiyasi reallıqları Bakı ilə Ankara diktə edir”.
 
Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man