Ukrayna ordusu üçün toplanan pulun 93 faizi xərclənib – Cəmi bir neçə milyon qrivna qalıb

Media 22 Mart 2022 | 14:47
OXUNUB: 1399
Bu ilin martın 22-nə olan məlumata əsasən, Ukrayna Milli Bankında Silahlı Qüvvələrə dəstək üçün açılanı xüsusi hesabda 51 milyon qrivna (2,86 milyon manat) pul qalıb. 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, ümumilikdə, Milli Bank ordunun ehtiyacları üçün 12,6 milyard qrivna (756 milyon manat) köçürüb. 

Milli Bank bildirir ki, xüsusi hesabın açıldığı gündən təxminən 12,7 milyard qrivna ekvivalentində pul köçürülüb. Vəsaitlərin 3,7 milyard qrivnası xaricdən daxil olub. 

Vəsaitlər həm Ukraynadakı vətəndaşlardan, həm bizneslərdən, həm də beynəlxalq ictimaiyyətdən gəlib. 

Milli Bankın humanitar məqsədlər üçün açdığı Sosial Siyasət Nazirliyinin hesabındakı vəsaitin qalığı isə təxminən 292 milyon qrivna təşkil edir. Bu vəsaitin 152 milyon qrivnadan çox hissəsi xaricdən xarici valyutada alınıb.

Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man