Embarqo qorxusu nefti bahalaşdırır

Media 22 Mart 2022 | 12:30
OXUNUB: 1343
Rusiya-Ukrayna müharibəsinin uzanması və bu səbəbdən Avropa İttifaqının (Aİ) Rusiyadan ixrac edilən neftə embarqo tətbiq etmək istəyi neft qiymətlərində yeni yüksəlişə səbəb olub. 

Sfera.az bildirir ki, martın 18-dən başlayaraq "Brent” neftinin qiyməti davamlı artaraq 106 dollardan 115,6 dollara yüksəlib. Bu gün birjalar açılanda qiymətlər yenidə artıb və "Brent” neftinin dəyəri 118 dolları ötüb.

Aparılan danışıqlar göstərir ki, Rusiya məqsədinə çatmayana qədər Ukraynada hərbi əməliyyatları dayandırmayacaq. Ehtimal edilir ki, bu şərtlər daxilində müharibənin bir neçə ay davam etməsi mümkündür. 

Buna görə də Qərb ölkələri Rusiyaya qarşı daha təsirli tədbirlər görmək istəyir. Əsas tədbirlərdən biri məhz Rusiyadan neft, neft məhsulları və təbii qaz idxalını azaltmaqdır. Çünki Rusiyanın ixrac gəlirlərinin 60 faizə qədəri bu məhsullardan əldə edilir. 

Aİ Rusiyadan ən çox neft alan tərəfdir və hesab edilir ki, avropalılar neft idxalını dayandırarsa, bu, Rusiyanın gəlirlərində ciddi azalma yaradacaq. 

Amma ekspertlər düşünür ki, Rusiyadan neft alışını dayandırmadan öncə dünyada neft hasilatı artırılmalıdır. Əgər qlobal səviyyədə hasilat artmasa, idxalın dayandırılması yeni qiymət artımları ilə nəticələnəcək. 

Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man