2017-ci ildə ölən Çai adlı pişiyini klonladan amerikalı qadın fərqli pişik əldə edib.
Sfera.az xəbər verir ki, ABŞ vətəndaşı Kelli Anderson 5 yaşlı sevimli pişiyinin ölməsi ilə barışa bilməyib.
Xəstəlikdən ölən pişiyin yoxluğu Andersonun narahat yatmasına, qəmgin həyat sürməsinə səbəb olub.
Bu əzabdan xilas olmaq üçün o, pişiyini klonlamaqla geri qaytarmaq qərarına gəlib.
Pişiyin klonlanması ideyasını ona baytarlıq klinikasında işləyən yoldaşı tövsiyə edib. Rəfiqəsinin tövsiyəsinə əməl edən Anderson klonlama şirkəti ilə əlaqə saxlayıb və Çainin dərisinin nümunəsini təqdim etməklə heyvanın klonmalamasına nail olub.
Anderson deyir ki, bu iş üçün 25 min dollar ödəyib.
Dünyaya gələn yeni pişik zahirən Çainin oxşarı olsa da, xüsusiyyətlərinə, davranışlarına görə tamam başqa pişik olub. Belə ki, yeni pişik çox aktiv, qorxmaz və hər şey ilə maraqlanandır.
Amerikalı aktiv "TikTok” istifadəçisi olduğundan tez-tez pişiyin görüntüsünü paylaşır. Amma izləyicilərin əksəriyyəti Andersonun bu davranışını tənqid edir. Onların fikrincə, Anderson məşhurlaşmaq üçün bu addımı atıb.
Vasif