Türkiyəli müğənni Səda Sayan haqqında yayılan iddialara cavab verib.
Sfera.az bildirir ki, ifaçı özündən 23 yaş kiçik sevgilisi Çağlar Öktenə verdiyi albom vədinin yalan olduğunu deyib. Bu barədə TV8 ekranlarında yayımlanan "2. Sayfa” proqramına danışan Sayan söz-söhbətləri təhqir adlandırıb:
"Nəyinsə qarşılığında albom vəd etməyim həm mənə təhqirdir, həm də Çağların musiqiçi şəxsiyyətinə! 5 il əvvəl evliliyini rəsmi şəkildə bitirən və övladı olan kişi ilə evlənirəm. Xahiş edirəm, məni heç kimlə qalmaqala sövq etməyin”.
Xatırladaq ki, Səda Sayanın yaxın zamanlarda evlilik təklifi aldığı sevgilisinə əvvəlki münasibətini bitirməsi üçün albom təklif etdiyi irəli sürülmüşdü. Belə ki, musiqiçi Çağlar Öktenin 3 ay bundan qabaq Lara Şehiroğlu ilə 4 illik münasibəti olduğu, hətta evlilik planları qurduğu ortaya çıxmışdı. İddialara görə, Səda Çağlara, "Münasibətini bitir, qarşılığında sənə albom çıxartdıraram”, - deyib. Ardınca gənc musiqiçi bir gecədə Lara ilə əlaqəni bitirib.
Türkan