Rus əsgərlərdən Putinə etiraz: "Belə davam eləsə..."

Media 18 Mart 2022 | 17:03
OXUNUB: 1275
Rusiyanın Ukraynadakı mülki qırğınlarına rus əsgərləri də reaksiya verib.
 
Sfera.az bildirir ki, onlar Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynanın Mariupol şəhərindəki xəstəxananı bombalamasına etiraz ediblər. Ukrayna tərəfindən əsir götürülən üç rus pilot "CNN”ə verdiyi açıqlamada bu cür terror hücumları davam edərsə, Putinə qarşı üsyan edəcəklərini deyiblər:

"Gec-tez ölkəmizə dönəcəyik. Əsgərlərin də çoxu bizlə həmfikirdirlər”.

Maksim adlı rus pilot "Günahsız dinc sakinlərin ölümünə və uşaqların göz yaşlarına səbəb olan bu hücumlara nə haqq qazandıra bilər? Bu hücumlar Ukraynanı tərksilah etmir, onun ordusuna zərər vermir, yalnız dinc əhalinin yaşadığı şəhəri məhv edir", - deyə bildirib. Aleksey adlı pilot isə, "Kimi və harada bombardman edəcəyimizə biz qərar vermirik. Bu hücumlar komandirin əmri ilə həyata keçirilir", - söyləyib.

"CNN” pilotların təzyiq altında danışmadığını, Ukrayna əsgərlərinin görüş zamanı pilotlara müdaxilə etmədiyini bildirib. Əsir düşən digər rus əsgərləri də oxşar bəyanatlar veriblər.
 
Qeyd edək ki, martın 9-da doğum evinin partladılması nəticəsində 4 nəfər, o cümlədən hamilə qadın və körpəsi həlak olub.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man