Çindən ABŞ-la bağlı SƏRT AÇIQLAMA

Media 18 Mart 2022 | 15:32
OXUNUB: 820
Bu gün ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpinin telefon danışığı olacaq. İki liderin görüşündən əvvəl Pekində kameralar qarşısına keçən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian jurnalistlərin suallarını cavablandırıb.
 
Sfera.az bildirir ki, Çinin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini ifadə edən Lijian, "Çin həmişə BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalır, bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarına önəm verir, böhranın aradan qaldırılması üçün sülh yolu ilə həll səylərini  və humanitar vəziyyətin asanlaşdırılmasını dəstəkləyir”, deyə söyləyib.

Qurum rəsmisi həmçinin, ABŞ-da bəzi şəxslərin yalan məlumatlar yaydığını və Çinə təzyiq etdiyini deyib:
 
"ABŞ Ukrayna böhranını alovlandırmaq əvəzinə, öz öhdəliklərini götürməli və vəziyyəti yüngülləşdirmək, problemi həll etmək üçün konkret addımlar atmalıdır. Ukraynaya silah əvəzinə qida lazımdır. ABŞ Ukraynaya hərbi yardım göndərməklə sülhə nail ola bilməz”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man