İki ayda 151 min ton buğda gətirilib - Azərbaycanın buğda idxalını kəskin artırmasının SƏBƏBLƏRİ

Media 18 Mart 2022 | 14:38
OXUNUB: 818
Bu il Azərbaycanın buğda idxalında kəskin artım müşahidə edilib. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-fevral ayları ərzində ölkəmizə 151 min ton buğda gətirilib. Buğdanın idxalına 51,953 milyon dollar, bir tonuna isə orta hesabla 344 dollar xərclənib. 

Ötən ilin eyni dövründə 22,3 min ton buğda idxal edilmişdi və idxal edilən məhsula 5,65 milyon dollar (bir tonuna 253,4 dollar) xərclənmişdi. 

Müqayisə göstərir ki, bu il buğda idxalı təxminən 7 dəfə artıb. 

Azərbaycanın buğda idxalını kəskin artırması başadüşüləndir. 

Bunun birinci səbəbi aydan-aya buğdanın qiymətinin yüksəlməsidir. Proqnozlaşdırılır ki, növbəti aylarda da bahalaşma davam edəcək. 

Belə vəziyyətdə məhsulun daha çox tədarük edilməsi məqsədəuyğundur. Çünki daha çox məhsulun tədarükü daha ucuz məhsul əldə edilməsinə imkan yaradır. 

Buğda idxalının kəskin artırılmasının ikinci və ən ömənli səbəbi Rusiya-Ukrayna müharibəsindən sonra yaranan yeni vəziyyətdir. 

Rusiya hökuməti buğda ixracına məhdudiyyət tətbiq edir. Artıq bəzi ölkələrə satış qadağası qoyulub. Yaranmış vəziyyətdə Rusiyanın daha çox ölkəyə buğda satışını dayandıracağı ehtimalı var. 

Digər tərəfdən, Ukraynanın buğda ixracında çətinlik yaranıb və gözlənilir ki, 2022-ci ildə ölkənin buğda istehsalı da azalacaq. 

Proqnozlar özünü doğruldarsa, Rusiya buğdasına tələb bir qədər də artacaq. Bu halda şimal qonşumuz ixrac məhdudiyyətini genişləndirə bilər. İxrac məhdudiyyəti genişləndirərsə, Azərbaycanın da buğda əldə etməsi çətinləşəcək. 

Ötən il Azərbaycan 1,15 milyon ton buğda idxal edib və bu məhsulun 95 faizi Rusiyadan alınıb. 

Buna görə də yeni və çətin vəziyyətdə ölkəmizə mümkün olduğu qədər qısa müddətdə daha çox buğda idxalının həyata keçirməsi məqsədəuyğundur. 

Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man