ABŞ kəşfiyyatı Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxunc iddia irəli sürüb.
Sfera.az bildirir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Skot Berrirer 67 səhifəlik hesabat yayıb. O, müharibə uzanacağı təqdirdə Putinin nüvə silahından istifadə edəcəyini istina etməyib. Qurum rəsmisi həmçinin, rus ordusunun tükənəcəyini və sanksiyaların iqtisadiyyata təsirinin daha çox hiss olunacağını deyib:
"Bu müharibə və onun nəticələri Rusiyanın ənənəvi gücünü zəiflədəcək və sözügedən ölkə həm daxildə, həm də xaricdə güc nümayiş etdirmək üçün nüvə silahına arxalanacaq”.
Eyni zamanda hesabatda müharibə və iqtisadi sanksiyaların Rusiyanın dəqiq idarə olunan raketlər istehsal etmək imkanlarına da mənfi təsir göstərəcəyi qeyd olunub.
Günay Rəsulqızı