“Bu şərtlər daxilində BMT Rusiya-Ukrayna müharibəsinə müdaxilə edə bilər” – ŞƏRH

Media 17 Mart 2022 | 20:51
OXUNUB: 2161
Rusiya-Ukrayna müharibəsinin uzanması BMT sülhməramlılarının Ukraynaya gəlməsi kimi bir sıra fərqli versiyaları gündəmə gətirir. Düzdür, bu məsələ nə BMT Təhlükəsizlik Şurasının, nə də digər beynəlxalq platformaların gündəliyində olmasa da, vaxtaşırı səslənir.

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsinin uzanması BMT sülhməramlılarının Ukraynaya gəlməsi ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, BMT-nin Ukrayna-Rusiya müharibəsinə hərbi müdaxilə etməsi üçün Təhlükəsizlik Şurasının bu istiqamətdə qərar qəbul etməsi vacibdir.

"Təəssüf ki, BMT hazırda pandemiyaya verdiyi önəmin yarısını Ukrayna-Rusiya müharibəsinə ayırmır. Təşkilat bu günə qədər məsələ ilə bağlı ciddi bir siyasi bəyanat belə verməyib. Digər tərəfdən, hərbi müdaxilə ilə bağlı qərarları BMT TŞ üzvləri konsensus əsasında verir. 

Yəni bütün üzvlər yekdilliklə qərar verməli, daimi üzvlər isə veto etməməlidir. Ötən illər ərzində təşkilat bu yöndə yekdil qərar verə bilməyib. Çünki Çin və Rusiyanın verdiyi qərarı ABŞ və müttəfiqləri, ABŞ və müttəfiqlərin verdiyi qərarları da Rusiya və Çin veto edir. Ukrayna məsələsində tərəflərdən birinin Rusiya olduğunu nəzərə alsaq, Təhlükəsizlik Şurasının Ukraynaya hərbi müdaxilə qərarı alması real görünmür. Hər halda Rusiya özü özünün əleyhinə qərar verəsi deyil”.

Turan Rzayev
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man