Almaniyanın ədliyyə naziri Marko Buşman vətəndaşlara xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, nazir Almaniya mətbuatına açıqlamasında Ukraynada münaqişələrdə iştirakçı olmağı qanunsuz hesab etdiyini deyib.
"Kim özü Ukraynaya gedir və oradakı münaqişələrdə iştirak edirsə, qanunsuz hərəkət edir. Mən bunun qəti əleyhinəyəm”.
Nazir Almaniya vətəndaşı olaraq xarici qüvvələrə qoşulan və ya komandanlıq zənciri ilə bağlı olan şəxsin müharibə rejimində olduğuna diqqət çəkərək bu vəziyyətin iştirak baxımından qanuni sayıla biləcəyini bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski dünyanın hər yerindən könüllüləri Ukraynaya getməyə və beynəlxalq birlik çərçivəsində Rusiya ordusuna qarşı döyüşməyə çağırıb.
Rəsmi Kremlin verdiyi açıqlamalara əsasən, artıq Rusiya tərəfində döyüşən əcnəbilər var.
Əzizə Zeynal