Zelenski Ukrayna xalqını təslim olmağa çağırıb? - VİDEO yayıldı

Media 17 Mart 2022 | 13:57
OXUNUB: 4714
Rusiyalı hakerlər Ukrayna prezidenti Vladimir Zelenskini hədəf alıb.
 
Sfera.az bildirir ki, Ukraynada dövlət televiziyasında prezidentin ölkəni təslim olmağa çağırdığı saxta mesaj yayımlanıb. Video qısa müddətli çaxnaşma yaratsa da, hücumun arxasında rus hakerlərin olduğu bəlli olub.

Sosial mediada qısa müddət ərzində minlərlə insan tərəfindən paylaşılan görüntülərin "Deepfake” üsulu ilə yaradıldığı açıqlanıb. Baş verənlərlə bağlı Zelenski, "Silahlarını atıb evlərinə qayıtmalarını xahiş edəcəyim kimsə varsa, o da rus əsgərləridir” deyə söyləyib. Ukrayna lideri fikirlərinə bu cür davam edib:
 
"Biz evdəyik, uşaqlarımızı və ailəmizi qoruyuruq. Ona görə də qələbəmizi qazanana qədər silahlarımızı yerə qoymayacağıq”.

Haker hücumuna məruz qalan "Ukrayna 24”  telekanalı isə bunu "uşaq təxribatı” olaraq xarakterizə edib və nəzarətin geri alındığı bildirib.


Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man