Putin Avropa aviaşirkətlərinə məxsus yüzlərlə təyyarəyə əl qoydu

Media 17 Mart 2022 | 13:43
OXUNUB: 5509
Rusiya ABŞ və Avropa lizinq şirkətlərinə məxsus yüzlərlə kommersiya təyyarəsini müsadirə etmək qərarına gəlib.
 
Sfera.az bildirir ki, bununla bağlı Vladimir Putin qərar imzalayıb. Bir müddətdir ki, Moskvanın öz ölkəsindəki əcnəbilərin aktivlərini ələ keçirəcəyi müzakirə obyekti olsa da, ilk konkret addım bu həftə atılıb. 

Kremldən verilən məlumata görə, Putin Rusiya aviaşirkətlərinə xarici şirkətlərdən icarəyə götürülmüş təyyarələri Rusiyada qeydiyyatdan keçirməyə və bu təyyarələrə yerli uçuşa yararlılıq sertifikatı verməyə icazə verib. Qanun layihəsi Rusiya aviaşirkətlərinin icarəyə götürdükləri təyyarələri ələ keçirib daxili marşrutlarda istifadə etməsinə imkan verəcək. Eyni zamanda sözügedən qərar, xarici şirkətlərin Rusiya hökumətinin icazəsi olmadan təyyarələrini geri almasını çətinləşdirəcək.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ən çox təsirlənən sektorlardan birinin hava yolu sənayesi olduğu da bildirilib. 

"Cirium” aviasiya şirkətinin məlumatına görə, Rusiya aviaşirkətləri 305 "Airbus” və 332 "Boeing” təyyarələrini istifadə edir. Məlumata əsasən, ölkədəki xarici təyyarələrin 85 faizi ümumi dəyəri 12,4 milyard dollar olan lizinq şirkətlərinə məxsusdur. "Airbus” və "Boeing” kimi Qərb təyyarə istehsalçıları artıq Rusiya aviaşirkətlərinin öz təyyarələrinə texniki qulluq göstərməsi və uçması üçün lazım olan ehtiyat hissələrinə girişi dayandırıb. Bununla belə, şirkətlərin icarəyə götürdükləri təyyarələri Rusiya ərazisində olarkən necə geri ala biləcəyi bəlli deyil.  Sözügedən şirkətlərdən indiyə qədər heç bir açıqlama verilməyib. Onların hətta təyyarələri geri istəyəcəkləri də məlum deyil.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man