Türkiyə, Rusiya və Ukrayna liderleri görüşəcək, amma... - ŞƏRH

Media 17 Mart 2022 | 12:54
OXUNUB: 654
"Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun birlikdə keçirdiyi mətbuat konfransı maraqlı açıqlamalarla yadda qalıb. Tərəflərdən hər ikisi prezidentlər Vladimir Putinlə Vladimir Zelenskinin görüşünün mümkünlüyünü ifadə ediblər”.

Sfera.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib.

O xatırladıb ki, Çavuşoğlu, "Liderlər səviyyəsində qəbul olunası qərarlar var. Rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenskinin üçtərəfli görüşünü təşkil etmək istəyir. Amma əsas olan görüşün harada keçiriləcəyi deyil, müzakirənin başlanmasıdır", Lavrov isə, "Görüşün təşkilinə heç bir əngəl yoxdur. Əsas odur ki bu, görüş naminə görüş olmasın” - deyib.

Ekspert qeyd edib ki, görüşdə liderlər səviyyəsində təmasların gündəmə gələcəyi gözlənilirdi:

"Bu, artıq zərurətə çevrilib. Müharibənin davam etməsi nə Kiyevin, nə Moskvanın ürəyincədir. Ankara isə vasitəçilikdə və daimi sülhə nail olmaqda israrlıdır. Yəqin ki, Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kulebanın bugünkü görüşündə də dövlət başçıları səviyyəsində təmaslar barədə fikir mübadiləsi aparılacaq. Qarşıdakı günlərdə isə bu görüşün tarixi barədə razılaşma əldə oluna bilər.” 

Ekspertin sözlərinə görə, tərəflərin tələb və təklifləri fərqlidir:

"Lavrovun səsləndirdiyi "Bu görüş görüş xətrinə olmasın" fikri də dediyimiz məqamı təsdiqləyir. Amma reallıqlar başqadır. Hazırkı şərait Rusiyanın öz ambisiyalarını həyata keçirmək üçün münbit deyil. Bunu Moskvada da başa düşənlər var. Odur ki, Kreml konsesusda maraqlıdır.

Sabahkı görüşdən sonra Ərdoğanın Putin və Zelenski ilə telefonla danışması mümkündür. Bundan sonra isə prezidentlər səviyyəsində üçtərəfli görüş barədə daha qəti və konkret bəyanatlar səsləndirilə bilər. 

Bütün hallarda, belə bir görüşün baş tutması ehtimalı az deyil. Və bu görüşdən sonra proseslərin hansı məcrada inkişaf edəcəyi aydın olacaq”.

Turan Rzayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man