DANX: “3-4 saatda Şuşaya 564 bilet satılıb”

27 Aprel 2022 | 15:49
OXUNUB: 489

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı – Şuşa – Bakı istiqaməti üzrə biletlərin qısa müddətdə satılmasına münasibət bildirib.

Avtosfer.az-ın məlumatına görə, qurum bəyan edib ki. Şuşa və Ağdam şəhərlərinə təşkil edilən müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər ötən gün satışa çıxarılıb.

Bu barədə qurumun internet səhifəsi, sosial media hesabları və mətbuat vasitəsilə ictimaiyyətə məlumat verilib.

Bakı – Şuşa – Bakı istiqaməti üzrə biletlər ilk 3-4 saat ərzində tam satılıb. Ümumilikdə bu marşrut üzrə 564 bilet alınıb.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqaməti üzrə isə 658 biletdən 642-si satılıb. Beləliklə, may ayında 1 222 vətəndaş Şuşaya səfər edə biləcək.

"Biletləri kütləvi şəkildə kimlərinsə alması və daha sonra baha qiymətə satması mümkün deyil. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil. Əgər vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşıblarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, vətəndaşların istəkləri nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Maydan etibarən sərnişinlər həmin istiqamətdə həftədə 3 dəfə deyil, 4 dəfə səfər olacaq. Reyslər həftənin cümə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür. Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir", - deyə DANX bəyan edib.

Xatırladaq ki, Qarabağa bilet satışı yalnız "Yolumuzqarabaga" portalı üzərindən onlayn qaydada həyata keçirilir. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər 122 reys həyata keçirilib, 5 084 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man