Müharibənin davam etdiyi dövrdə (fevralın 24-dən martın 15-nə kimi) Ukraynada 10 683 cütlük ailə həyatı qurub.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı UNİAN yayıb.
Sayt Ukraynanın Ədliyyə Nazirliyinə istinadən bildirir ki, müharibənin davam etdiyi müddətdə 10 767 körpə doğulub:
"Çətin anlarda ukraynalılar ruhdan düşmürlər. Onlar sevməyə, planlar qurmağa və uşaq sahibi olmağa davam edirlər. Ədliyyə Nazirliyinin işçiləri hətta müharibə şəraitində belə sizin üçün çalışmaqda davam edirlər!”
Vasif