Rusiyaya tətbiq olunan sanksiyaların ölkəmizə TƏSİRİ: Bahalaşma, qıtlıq... - Ekspertdən çıxış yolu TƏKLİFİ

Media 15 Mart 2022 | 13:19
OXUNUB: 1158
"Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə Qərb ölkələri şimal qonşumuzdan bir sıra məhsulların idxalını qadağan etdi. Bu arada Rusiya da bəzi ərzaq, o cümlədən taxıl və şəkərin ixracatını payızadək dayandırıb”. 
 
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
 
Onun sözlərinə görə, BMT isə qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib:
 
"Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək.
 
Rusiya-Ukrayna müharibəsi artıq regionda və eləcə də qlobal bazarda qiymət artımlarına səbəb olub. Həmçinin Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi, bu ildə də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırılır.
 
Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal inflyasiyası qaçılmazdır. Bu kontekstdən əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir. Görünən odur ki, dünya bazarında qiymət artımları ilə yanaşı, bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək”.
 
Turan Rzayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man