Rusiya PUA-sı NATO ölkəsinə DÜŞDÜ - FOTOLAR

Media 15 Mart 2022 | 11:52
OXUNUB: 816
Rusiyanın silahlı pilotsuz uçuş aparatı (PUA) NATO ölkəsinə düşüb.
 
Sfera.az bildirir ki, Ukraynanın cənub qonşusu Rumıniyada Orlan-10 dronu qəzaya uğrayıb. Rusiya PUA-sının Bistrica-Neseud bölgəsində, Dumitra qəsəbəsindəki bir evin yaxınlığında düşdüyü bildirilib. Məlumata görə, fermerlərdən biri evinin yaxınlığında PUA gördükdən sonra polisə məlumat verib.

Yerli media pilotsuz uçuş aparatından heç bir siqnalın gəlmədiyini yazıb. Qeyd olunub ki, Rusiya ordusunun hücum və ya kəşfiyyat üçün istifadə etdiyi PUA-nın düşdüyü yer Ukrayna sərhədindən təxminən 100 kilometr aralıdadır.

Xatırladaq ki, Rusiya ordusunun hazırladığı "Orlan-10”dan 2014-cü ildə Donbas münaqişəsində və Suriyada istifadə olunub.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man