Bu ölkə ABŞ-ni müharibəyə çəkmək istəyir: Ukraynada edə bilmədiyini... – Təhlil

Media 15 Mart 2022 | 11:36
OXUNUB: 1355
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə yerləşən ABŞ konsulluğu yaxınlığına 12-dən çox raket atması diqqət çəkib. SEPAH Suriyada öldürülən iki əməkdaşının qisasını aldığını bildirsə də, məsələnin hərbi-siyasi tərəfləri daha dərin köklərə gedib çıxır. 
 
Nə baş verir?
 
Hücumu SEPAH təsdiqləsə də, hədəfin İsrailin strateji mərkəzləri, MOSSAD bazaları olduğu bildirilib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Praysın sözlərinə görə, "Zərbə ABŞ konsulluğunun yaxınlığına düşsə də, İranın ABŞ-ni hədəf seçdiyi barədə əlamət görmürük”. Bu açıqlama da hədəfin ABŞ konsulluğu olmadığını təsdiqləyir.
 
Praysın açıqlamasında əminlik hiss olunsa da, Vaşinqtonun təmkinli davranışı diqqət çəkir. Məsələ ondadır ki, İranın məqsədindən asılı olmayaraq, Vaşinqton bu və bu kimi davranışlara həmişə sərt reaksiya verib. Digər tərəfdən, SEPAH hədəfinin MOSSAD bazaları olduğunu bildirilib. Yəni hədəf Vaşinqton olmasa da, onun yaxın şərqdəki ən yaxın strateji tərəfdaşı və hərbi müttəfiqi İsraildir. 
 
Mövcud vəziyyətdə 2 sual yaranır:
 
1. ABŞ SEPAH-ın MOSSAD bazalarını vurmasına niyə səssiz qalır?
 
2. İsrail İrana qarşı hansı cavab tədbirləri görəcək?
 
Hesab edirəm, Rusiya-Ukrayna müharibəsinin ardınca onsuz da barıt çəlləyi olan yaxın şərqdə gərginliyin artması təsadüfi deyil. Mümkündür ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasında maraqlı olan qüvvə ilə hazırda SEPAH-ın İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə yerləşən ABŞ konsulluğu yaxınlığına 12-dən çox raket atması təlimatını verən qüvvə eynidir. 
 
Məsələ ondadır ki, Rusiyanın Ukraynaya müharibə elan etməsi sonrası Qərbin və ABŞ-nin Kremlə qarşı Ukraynanın yanında yer alacağı gözlənilirdi. Düzdür, Qərb maliyyə və silah yardımı etsə də, birbaşa hərbi yardım etmədi. Xüsusilə də ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə bənzər formada cavab vermədi. Halbuki məqsəd ABŞ-ni Ukrayna müharibəsinə cəlb edib müharibəni uzadaraq Vaşinqtona iqtisadi və hərbi zərbə vurmaq idi. Lakin ABŞ buna getmədi və Rusiya-Ukrayna müharibəsində maraqlı olan qüvvə öz məqsədinə çatmadı. 
 
Vaşinqton Rusiyadan sonra indi də İranla gərginliyə çəkildiyinin fərqindədir. 
 
"ABŞ SEPAH-ın MOSSAD bazalarını vurmasına niyə səssiz qalır?” sualının cavabı da məhz budur. Vaşinqton başa düşür ki, Vaşinqtonu Ukraynada Moskva ilə qarşı-qarşıya gətirmək istəyən qüvvə ilə indi Tehranla qarşı-qarşıya gətirən qüvvə eynidir”.
 
ABŞ-ni müharibəyə cəlb etmək istəyən qüvvə kimdir?
 
İndiki məqamda Vaşinqtonu real müharibəyə cəlb etmək istəyə biləcək tək ölkə, həm də onun ən böyük rəqibi Çindir. Çin başa düşür ki, ABŞ mövcud gücünü I və II Dünya müharibələrindəki strateji gedişləri ilə əldə edib. Pekin indiki məqamda ən böyük rəqibini məğlub etmək istəyirsə onu özünün silahı ilə vurmalı olduğunu yaxşı anlayır. ABŞ bu gün hansısa müharibəyə tərəf kimi müdaxilə etsə, bu ona milyonlarla dollara başa gələcək.
 
ABŞ-nin Çinlə rəqabət fonunda müharibəyə qoşulması iki ölkə arasındakı rəqabət balansını Çinin xeyrinə dəyişəcək. Pekin isə tərəflərə maliyyə və hərbi yardım edərək qazanclı çıxacaq ölkə olacaq. Misal üçün, II Dünya müharibəsində ABŞ-nin Böyük Britaniyaya yardım etməsi kimi. Müharibə sonrası Britaniya qalib olsa da əvvəlki gücünü itirmişdi, ABŞ isə artıq faktiki supergüc idi. Çin buna görə də ilk növbədə ABŞ-ni iqtisadi baxımdan yoracaq müharibəyə cəlb etmək istəyir. 
 
Qeyd etdiyim kimi, Rusiya-Ukrayna müharibəsində buna cəhd edilsə də ABŞ təhlükənin fərqinə vardı, buna getmədi. Buna görə də Çin ABŞ-ni İran ilə üz-üzə gətirmək istəyir. 
 
Ehtimal ki, hadisələr bu ssenari üzrə cərəyan edib.
 
1. SEPAH özü elan edir ki, Suriyada öldürülən iki əməkdaşının qisasını almaq üçün MOSSAD-ın Ərbildəki strateji mərkəzini vurub. İsrail bir müddətdir ki, Suriyada İrana məxsus hərbi obyektlərə aramsız zərbələr endirir. MOSSAD-ın imkanları geniş olsa da, bu obyektlər və şəxslər haqda məlumatı öz mənbələri əsasında deyil, Çin kəşfiyyatından alma ehtimalı var. Düşünülənin əksinə, Çin son 10 ildə yaxın şərqdə çox geniş kəşfiyyat şəbəkəsi qurub. 
 
2. Ərbildə MOSSAD-ın obyektlərinin olması başadüşüləndir. Ancaq görünür ki, İsrail tərəfi bunu gizli saxlaya bilməyib və İran kəşfiyyatı həmin ərazini müəyyənləşdirib. Daha doğrusu, Suriyada olduğu kimi Çin kəşfiyyatı bu dəfə də ərazi haqda SEPAH-a məlumat verib.  
 
"İsrail İrana qarşı hansı cavab tədbirləri görəcək?" sualına gəldikdə isə deyə bilərəm ki, daha sərt cavab olacaq. Ehtimal ki, bu uzun müddətdir planlaşdırılan
İranın nüvə obyektlərinə zərbə endirilməsidir. Əgər bu baş versə, İran ilə İsrail arasında müharibə başlaya bilər. Bu müharibədə isə Ukraynadan fərqli olaraq, ABŞ tərəfsiz qala bilməyəcək. 
 
Turan Rzayev
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man