Bu həftə diqqətlər mərkəzi banklarda olacaq - Faiz qərarları açıqlanır

Media 15 Mart 2022 | 11:00
OXUNUB: 927
Bu həftə böyük iqtisadiyyata malik olan bir neçə ölkənin mərkəzi bankı faiz qərarını açıqlayacaq. 
 
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, çərşənbə günü ABŞ mərkəzi bankı (FED), cümə axşamı İngiltərə Mərkəzi Bankı, cümə günü isə Yaponiya və Rusiya mərkəzi bankları qərarlarını açıqlayacaq. 
 
Qlobal səviyyədə qiymətlərin artması mərkəzi bankları faizləri artırmağa məcbur edir. Buna görə də adıçəkilən ölkələrin mərkəzi bankları tərəfindən faizlərin artırılması ehtimalı böyükdür. 
 
Daha böyük diqqət FED-ə yönələcək. ABŞ-da illik inflyasiya 7,9 faizə yüksəlməklə son 40 ilin ən böyük bahalaşması qeydə alınıb. Buna görə də FED-in martda faizləri artıracağı ehtimalı yüksəkdir. 
 
Hazırda 0-0,25 olan uçot dərəcəsinin artımdan sonra 0,25-0,5 və ya 0,5-0,75 olacağı proqnozlaşdırılır. 
 
FED faizləri artırmaqla yanaşı dollar satışını azaldacağı, dövriyyədən dolların bir hissəsinin yığılacağı gözlənilir. Bu tədbirlər hesabına ABŞ mərkəzi bankının 9 trilyon dollara çatan balans vəsaitinin 4-5 trilyona qədər endirəcəyi təxmin olunur. 
 
Əgər FED həm faizi artırıb, həm də balansını kiçildərsə, o halda dolların bahalaşması qaçınılmaz olacaq. 
 
FED-lə bərabər İngiltərə, Yaponiya və Rusiya mərkəzi banklarının da faizi artıracağı ehtimalı güclüdür. Xüsusən rublun ucuzlaşmasına görə yaranan yüksək bahalaşmanı cilovlamaq üçün rus mərkəzi bankının faizləri artıracağı yəqindir. 
 
Qeyd edək ki, mərkəzi banklar tərəfindən faizlərin artırılması sərt pul-kredit siyasətinin əlaməti hesab edilir. Faizlər artdıqda kreditlər bahalaşır, ucuz pul əldə etmək çətinləşir və nəticədə iqtisadiyyatda fəallıq zəifləyir. Bu addımı atmaqda əsas məqsəd isə iqtisadi aktivliyi zəiflətməklə qiymət artımlarının sürətini zəiflətməkdir.
 
Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man