"Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü Qarabağda etnik ermənilərin yaşadığı ərazilər də daxil olmaqla tanıyarsa, iqtisadi blokadadan çıxacaq”.
Bunu politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında deyib. Ekspert Ermənistanın indiki vaxtda bir seçim yolunun olduğunu bildirib:
"İrəvan Zəngəzur dəhlizindən imtina etməklə Ermənistan-Azərbaycan ərazisidən istifadə edərək Rusiya ilə dəmiryol əlaqəsi qura bilməyəcək. Bununla Ermənistanın Azərbaycana qarşı nəqliyyat məsələsindən "təzyiq" etmək siyasəti fiaskoya uğradı.
Türkiyə ilə Ermənistan arasında gedən danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün tanınması şərt kimi irəli sürülüb. Ermənistanın çıxış yolu yoxdur. O, arxalandığı və ümid etdiyi Rusiyanın hərbi dəstəyindən məhrum olur.
Rusiyanın Ukraynada siyasi-hərbi uğursuzluğu, bu ölkəyə tətbiq olunan sanksiyalar bunu şərtləndirir. Bununla da Ermənistan ordusunun komplektləşdirilməsi də mümkün olmayacaq. Demək, Ermənistanın çıxış yolu Azərbayacanın ərazi bütövlüyünü və beş maddəlik sülh şərtlərini qəbuldan keçir”.
Əzizə Zeynal