SEPAH-ın MOSSAD-ın strateji mərkəzini vurmasının pərdəarxası: Təl-Əvivin cavabı daha sərt olacaq!

Media 15 Mart 2022 | 10:29
OXUNUB: 1188
"İran son zamanlar Yaxın Şərq regionunda açdığı atəş səslərini çoxaldır. Birləşmiş Ərəb Əmirliklərinin ardınca İraqdakı özünə düşmən mövqe kimi dəyərləndirdiyi bazalar da hədəfə alınır. Bu İran-İsrail kəşfiyyat müharibəsinin yeni mərhələsidir”.
 
Bu sözləri İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə yerləşən ABŞ konsulluğu yaxınlığına SEPAH tərəfindən 12-dən çox raket atılmasını şərh edərkən siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov Sfera.az-a açıqlamasında deyib.
 
Onun sözlərinə görə, İranın İsrailə qarşı hərəkətə keçməsi MOSSAD-ı Tehrana qarşı daha genişmiqyaslı əməliyyatlara sövq edir:
 
"İsrail Şimali İraq Kürd Muxtariyyətinə əhəmiyyətli dəstək verir və muxtariyyətin paytaxtı Ərbildə MOSSAD-ın özəyinin olması başadüşüləndir. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərq regionunda aktivdir, dinc dayanmır. Hər an İslam Respublikasının iqtidarına belə güclü təsiretmə gücünə malikdir.
 
SEPAH İranın dərin dövlətidir, qərarlarını ali dini rəhbərlə müəyyənləşdirir. SEPAH üçün İranın prezidentlik institutu elə böyük əhəmiyyət daşımır. İnqilab mühafizəçiləri Suriyada öldürülən iki əməkdaşının qisasını aldığını bildirsə də, məsələnin hərbi-siyasi tərəfləri daha dərin köklərə gedib çıxır.
 
SEPAH-ın radikal hərbi-siyasi-dini baxışları İran hökumətini Qərblə sazişdən çəkindirmək məqsədi daşıya bilər, çünki SEPAH üçün həmişə düşmən lazımdır. SEPAH İranın "şiə hilalı” strateji xəttinin praktiki icraçısıdır. Son raket hücumu fonunda bu versiyanın inandırıcılıq xətti zəif görünsə də, hər halda belə bir ehtimal irəli sürmək üçün də əsaslar var.
 
İran hökuməti hazırda ABŞ ilə dirəşmək təmayülündən çəkinir, ona görə də, SEPAH-la Rusiya əlbir olaraq həm İran hökumətinə, həm Vaşinqtona, həm də İsrailə mesaj verirlər.
 
İsrailin cavab tədbirləri olacaq, ancaq bu tədbirlər Rusiya-Ukrayna müharibəsi fonunda dünya üçün əlavə risklər gətirəcək”.
 
Turan Rzayev
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man