İlon Mask Putini təkbətək döyüşə çağırdı

Media 14 Mart 2022 | 17:12
OXUNUB: 1542
"Tesla” və SpeysX” şirkətlərinin sahibi İlon Maskın son paylaşımı gündəm olub.
 
Sfera.az bildirir ki, iş adamı Tvitter hesabında Rusiya prezidenti Vladimir Putini təkbətək döyüşə çağırıb. 

"Putinə meydan oxuyuram, təkbətək döyüşlə”, - deyə Mask yazıb. O, həmçinin rəsmi Kremlin sosial şəbəkə hesabını paylaşımına işarələyərək "Bu döyüşə razısınızmı?” cümləsini əlavə edib.

İzləyicələr isə Maskın bu addımını ciddi qəbul etməyiblər. Onlardan biri iş adamına, "Bunu yaxşı düşünmüsən, yoxsa məndə nəsə çatışmır?” sualını ünvanlasa da, Mask son dərəcə ciddi olduğunu bildirib. Digər bir sosial şəbəkə istifadəçisinin "Mənim səndən xoşum gəlir, İlon, ancaq Putin səni saniyələr içində döyər” iddiasına isə Mask belə cavab verib:

"Əgər Putin Qərbi belə asanlıqla aşağılaya bilsəydi, o zaman çağırışı qəbul edərdi. Amma etməyəcək”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man