Müharibə başlanandan Ukraynanı tərk edən vətəndaşların sayı 3 milyona çatıb.
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bir çox dövlət ukraynalı qaçqınları qəbul edir. Onların arasında Avropa İttifaqına daxil olan dövlətlər daha çoxdur.
Polşa, Rumıniya, Çexiya, Slovakiya, Almaniya, Moldova, İspaniya, Litva, Macarıstan, Estoniya, Böyük Britaniya, İsveç Ukraynadan gələn qaçqınlara sığınacaq verir və ya başqa ölkələrə keçməyinə kömək edir.
Ən çox qaçqın Polşaya üz tutub. Polşada 1,5 milyon ukraynalı məskunlaşıb.
Qaçqınların sayının çox olması ilə əlaqədar Krakov və Varşava qaçqınları qəbul etmir. Bu şəhərlərdə sıxlıq çox yüksəkdir.
BMT ekspertləri hesab edir ki, müharibənin uzanacağı təqdirdə ukraynalı qaçqınların sayı bir neçə dəfə artacaq. Bu halda, qaçqınların Avropanın bütün ölkələrinə sığınacağı ehtimal olunur.
Vasif