Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə müharibəsində Çindən hərbi dəstək istəmədiyini deyib.
Sfera.az xəbər verir ki, Peskov Rusiyanın Ukraynada bütün məqsədlərini vaxtında yerinə yetirmək üçün kifayət qədər hərbi gücü olduğunu bəyan edib.
Qeyd edək ki, bəzi ABŞ rəsmiləri Rusiyanın Çindən hərbi texnika tələb etdiyini bildirib.
Çin Xarici İşlər Nazirliyi də Rusiyanın Ukraynaya hərbi hücumundan sonra ABŞ rəsmilərinin Pekindən hərbi texnika tələb etməsi ilə bağlı iddiaları "ABŞ-nin dezinformasiyası" kimi qiymətləndirib.
Çinin ABŞ-dəki səfirliyinin sözçüsü Liu Pengyu da dünən Reuters-ə bildirib ki, o, iddiaları heç vaxt eşitməyib.
Əzizə Zeynal