Müharibəyə görə Azərbaycanda da ərzaq qıtlığı yaranacaq - Çıxış yolu varmı?

Media 14 Mart 2022 | 15:31
OXUNUB: 1265
Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada ciddi ərzaq çatışmazlığı problemi yaradacaq. Bu barədə "Bloomberg Economic News” məlumat yayıb. Qeyd olunub ki, bu iki ölkə dünyanın əsas taxıl ixracatçısındandır. Yazıda, həmçinin "İnsanların enerji tələbatının 40%-i də buğdanın, qarğıdalının və düyünün hesabına ödənilir. Nəticədə dünyada bu məhsulların qiyməti təxminən 22% artacaq, bu da 45 milyonadək insanın aclığa məruz qalmasına səbəb olacaq”, - deyə bildirilib.

Azərbaycan da ərzaq çatışmazlığından öz payını alacaqmı? Bunun qarşısı hansısa formada alına bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verın qida üzrə baş mütəxəssis Ağa Salamov deyib ki, Rusiya və Ukrayna Azərbaycanla ticarət əlaqələrində mühüm yer tutur və iki ölkə arasındakı münasibətllərin kəskinləşməsi bizə də təsirsiz ötüşməyəcək:

"Nəzərə alsaq ki, Rusiyadan keçən il idxal olunan məhsullar 2 milyard, Ukraynadan isə 500 milyon dollar civarında olub, bizim üçün də risk yaratma ehtimalı gözləniləndir. Fikrimcə, xüsusilə unun, taxılın, yağların qiymətində  müəyyən bahalaşma müşahidə olunacaq. Bundan çıxış yolu isə, azad olunan torpaqlarda (Qarabağda) taxılın əkilməsidir. Hər zaman demişəm, insanın ayağı torpaqdan üzüldüsə, hər bir addımı qiyamətə doğru gedir. Bizim 9 iqlim qurşağı keçən ölkəmiz var, nəyə görə özümüz əkib-becərməməliyik? Azərbaycanın özü də başqa ölkələrə ixracatla məşğuldur - ən çox Rusiyaya qeyri-neft məhsulları göndəririk. Xülasə, özümüz istehsala başlamalıyıq – bunun üçün hər şey var, torpaqlarımız verimlidir. Düzdür, su sıxıntılarımız mövcuddur, Kürün quruması da fəsad törədir, amma Qarabağ zonasında taxıl əkilə, üzümçülük bağları salına bilər”.

Müsahibimiz bildirib ki, bu gün dünyada süni qıtlıq yaradılır və bu, siyasi tərəfdən düşünülmüş addımdır:

"Bu dəqiqə ən yaxşı çıxış yolu 1 kvadrat metr torpağı olan insanın da əkin-biçin işi ilə məşğul olmasıdır. Kənd təsərrüfatını gücləndirsək, birləşib xalq olaraq dövlətimizə dəstək olsaq, əkinçiliyə meyllilik olsa, bazarda da bolluq olacaq. Meqapolis həyatından bizə heç bir fayda yoxdur, olmayacaq da. Nə qədər ki, bu komfortlu həyata üstünlük verəcəyik, bir o qədər də qıtlıq olacaq, o cümlədən işbazlar, monopolistlərə dəstək olmuş olacağıq. Bu da yol verilməzdir. Bəzi mütəxəssislər deyirlər ki ,əgər Rusiya və ya Ukraynadan idxalda hər hansı bir problem yaranarsa, biz onu digər ölkələrin məhsulları ilə əvəzləyəcəyik. Sual çıxır ortaya ki, müharibə başqa ölkələrə sıçrasa necə olacaq? Həmin düşündüyünüz ölkələrin iqtisadiyyatı çöksə necə? Biz özümüzü öz istehsalımız ilə sığortalamalıyıq ki, nə qiymət artımı hiss olunsun, nə də qıtlıq baş versin”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man