Yanvarda 26 min iş yeri bağlanıb – İxtisarlar hansı sahələrdədir?

Media 14 Mart 2022 | 15:08
OXUNUB: 3191
2022-ci ilin yanvarında Azərbaycanda muzdla (maaşla) çalışan işçilərin sayı 26 min nəfər azalıb. 
 
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvarın sonunda ölkəmizdə 1 milyon 679 min nəfər muzdlu işçi olub. Bir ay əvvəl isə muzdlu işçilərin sayı 1,705 milyon nəfər idi. Məlumatlardan belə aydın olur ki, yanvar ayı ərzində işçilərin sayında 26 min nəfər, yəni 1,52 faiz azalma baş verib.
 
Rəsmi məlumatlara görə, iş yerlərində azalma daha çox özəl sektorda müşahidə edilib. Dövlət sektorunda isə bağlanan iş yerlərinin sayı xeyli azdır. Dövlət sektorunda işçi sayı 904,7 mindən 901 minə düşdüyü halda, özəl sektorda işçi sayı 800,4 mindən, 778,1 minə enib. Özəl sektordakı iş yerlərinin 2,8 faizi bir ay ərzində bağlanıb. 
 
Sahələr üzrə diqqət yetirdikdə isə məlum olur ki, ən çox tikinti sektorunda və sənayedə iş yerinin bağlanmasına rast gəlinib. Bir ayda tikinti sektorunda 5,25 min, sənayedə 5 min iş yeri bağlanıb. 
 
Bu sahələrlə bərabər ticarət (4,86 min), peşə, elmi və texniki fəaliyyət (2,6 min), səhiyyə və sosial xidmət (2,1 min) sahələrində də muzdlu işçi sayının daha çox azalması baş verib. 
 
Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man